25 May 2019 11:08
510
SİYASƏT
A- A+

ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib


ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Stiv Şabot Konqresin Azərbaycan üzrə İşçi Qrupunun üzvü qismində may 23-də keçilən iclasda bəyanatla çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə təbriklərini çatdırıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanda Respublika Günü kimi qeyd olunan bu mühüm tarixin müsəlman dünyasında ilk parlament demokratiyasının yaranması ilə əlamətdar olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycanın işğalı və ölkənin sonradan Sovet İttifaqına birləşdirilməsi ilə bu müstəqilliyin qısa müddət davam etməsi təəssüflə qeyd olunur. Bir çox azərbaycanlının 1920-ci ildə müstəqilliyin qorunması uğrunda həlak olduğu bildirilir.

SSRİ-nin süqutundan sonra Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır. Müstəqilliyin elanından ötən müddət ərzində bu strateji vacib bölgədə Azərbaycanın ABŞ-ın əsas müttəfiqinə çevrildiyi bəyanatda xüsusi qeyd olunur. Müsəlman əhalinin çoxluq təşkil etdiyi bu dünyəvi ölkənin, eyni zamanda, minilliklər boyu burada yaşayan xristian və yəhudi icmalarının da evi olduğu bildirilir.

Bəyanatda Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına önəmli dəstək verdiyi, xüsusilə koalisiya qüvvələrinə təchizatın çatdırılmasına imkan yaratdığı təqdir olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video