Alternative content

16:44 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “SÖZ” layihəsi yeni təqdimatda
“SÖZ” layihəsi yeni təqdimatda
ANA SƏHİFƏ / Mədəniyyət
02:17 25.05.2019


Mayın 24-də "Art Gallery Hotel”də ölkəmizdə çox populyar olan "SÖZ” layihəsinin yeni istiqamətinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Layihənin direktoru Nigar Həsənzadə "SÖZ” ədəbi layihəsinə göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, özünü təsdiqləmiş ədəbi layihə bu dəfə qonaq və iştirakçılar qismində yalnız gənc müəllifləri toplayıb. Bu yeni konsepsiya məhz onlar üçün hazırlanıb. Bu konsepsiyanın "SÖZ” layihəsinin əsas fəaliyyətindən fərqi yalnız ədəbi axşamların təşkili deyil, həm də onların inkişafı və birləşməsi üçün şəraitin yaradılmasındadır.

Yeni konsepsiya barədə danışan N.Həsənzadə deyib ki, bu, gənc müəlliflər üçün "açıq qapılar”ın keçirilməsini nəzərdə tutur, gənc qələm əhlinə dostlar, həmkarlar və layihələrin rəhbərləri ilə görüşmək, faydalı məlumatları bölüşmək, onları maraqlandıran sualları vermək və ayda iki dəfə rahat və müasir "Art Gallery Hotel” kafesində dostlara yeni əsərlərini oxumaq imkanı verir. Bu günlərdə "Sattart Cafe” öz qonaqlarına pulsuz xidmət göstərəcək.

Layihənin direktoru bildirib ki, "SÖZ” layihəsinin məqsədi həm yerli, həm də xarici dillərdə yazıb-yaradan istedadlı gəncləri birləşdirərək ölkədə yeni yaradıcı ziyalıların yaranmasına kömək etməkdir. Nigar Həsənzadə deyib: "Biz öz bacarıqlarına inanan bütün gənc müəllifləri, yazıb-yaradan istedadları "SÖZ” adlı ailənin bir üzvü olmağa dəvət edirik, layihənin inkişafı və tərəqqisində fəal iştirak etməyə çağırırıq. Bizim "SÖZ” adlı ailəmiz yarandığı gündən artıq 3 ildir ki, Azərbaycan bədii ədəbiyyatının dəstəklənməsi və inkişafına mühüm töhfələr verməklə yanaşı, layihəmizdə iştirak edən bir çox gəncin taleyini müsbətə doğru dəyişməyə müvəffəq olub”.

Sonra gənc şairlər öz şeirlərini oxuyublar.

Tədbirdə Leyla Əliyeva müəllifi olduğu şeirləri oxuyub.

Gecəyə Nigar Həsənzadənin səsləndirdiyi poeziya nümunəsi ilə yekun vurulub.

Sonda gənc yazarlar öz kitablarını Leyla Əliyevaya təqdim edib, onunla xatirə şəkli çəkdiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM