Alternative content

16:37 25 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Avropa Liqasının final matçı ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlanıb
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlanıb
ANA SƏHİFƏ / İDMAN
01:51 25.05.2019


Mayın 24-də UEFA və AFFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar azarkeşlər üçün videobələdçi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, videobələdçidə oyunu stadionda izləyəcək azarkeşlər üçün zəruri məlumatlar təqdim edilib.

Qeyd olunub ki, elektron qaydada alınmış biletlərin qarşılaşmaya bir həftə qalmış telefonlara göndərilməsinə başlanılıb. Biletləri qəbul etmək üçün uefa.com saytından xüsusi tətbiq telefonlara yüklənməlidir. Telefonlar IOS və Android əməliyyat sistemlərini dəstəkləməlidir. Oyun günü bütün biletlər təhlükəsizlik yoxlanışında aktivləşdiriləcək. Buna görə də telefonun enerji ilə dolu olduğuna diqqət yetirmək lazımdır. Stadiona yaxınlaşarkən mobil telefonların "bluetooth” funksiyasını aktivləşdirmək tələb edilir. Fiziki biletləri olan şəxslər biletləri təhlükəsiz yerdə saxlamalı və stadiona yaxınlaşan zaman yoxlanış üçün hazır etməlidirlər. Nəzərə almaq lazımdır ki, oyun günü stadionda bilet satışı həyata keçirilməyəcək və stadiona biletsiz giriş mümkün olmayacaq.

Çarxda diqqətə çatdırılıb ki, bilet almış azarkeşlər final qarşılaşması günü Bakı Olimpiya Stadionuna və əks istiqamətə iki ekspress marşrut üzrə hərəkət edəcək avtobuslarla daşınacaqlar. Avtobuslar X1 marşrut xətti üzrə metronun "Qara Qarayev”, X2 marşrut xətti üzrə isə "28 May” stansiyalarından hərəkət edəcəklər. Üç dəqiqə intervalla hərəkət edəcək avtobuslar saat 18:30-dan 23:00-dək işləyəcək. Azarkeşlər metro vasitəsilə "Koroğlu” stansiyasından da stadiona gələ biləcəklər. Stadiona şəxsi nəqliyyat vasitələri ilə gəlmək istəyən şəxslər xüsusi buraxılış kartını təqdim etməlidirlər. Oyun başa çatdıqdan sonra ekspress avtobuslar və metro azarkeşləri əks istiqamətə daşıyacaq.

Videobələdçidə bildirilib ki, oyun günü stadionun qapıları saat 20:00-da açılacaq. Arenanın 1-11-ci qapıları arasındakı oturacaqlara bileti olan şəxslərin ekspress avtobuslarla gəlib arenaya "Şimal” girişindən daxil olmaları tövsiyə edilir. Oturacaqları 12-22-ci qapılar arasında olan azarkeşlərin metrodan istifadə edərək stadiona "Cənub” girişindən gəlmələri daha rahat olacaq.

Bütün girişlərdə təhlükəsizlik məntəqələri fəaliyyət göstərəcək. Təhlükəsizlik təlimatlarına ciddi əməl etmək xahiş olunur. Stadiona çanta ilə gəlmək qadağandır. Qadağan edilmiş əşyaların tam siyahısı ilə Bakı Olimpiya Stadionunun bos.az saytından tanış olmaq mümkündür. Tamaşaçı qapıları açıldıqdan sonra stadionun daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.

Qeyd edilib ki, arenaya giriş yalnız etibarlı biletlərlə mümkündür. Yaşından asılı olmayaraq, hər bir kəsin stadiona girişi üçün etibarlı matç bileti olmalıdır. Biletləri stadiondan almaq mümkün deyil. Bilet sahibi turniketi keçdikdən sonra yenidən qayıdarsa, onun stadiona təkrar daxil olmasına icazə verilməyəcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal” və "Çelsi” komandaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM