Alternative content

01:10 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
ANA SƏHİFƏ / İDMAN
01:48 25.05.2019


Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə əməkdaşlığı uğurla davam etdirir.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, baş ofisi İsveçrənin Aiqle şəhərində yerləşən UCI ilə əldə olunan razılığa əsasən, Bakı Media Mərkəzi 2020-ci ilin sonuna qədər İttifaqın velosiped idmanının "BMX Supercroos” növü üzrə təşkil olunan dünya super kuboku üçün nəzərdə tutulmuş zəruri yayım xidmətlərini həyata keçirəcək. Bu kubokların promo video çəkilişlərini də Bakı Media Mərkəzi aparacaq.

Beynəlxalq Velosiped İttifaqının "BMX Supercroos” dünya kuboku növü üzrə təşkil etdiyi çempionat turu qlobal xarakter daşıyır. 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər bu yarışlar iki il ərzində Böyük Britaniya, Hollandiya, Fransa, ABŞ, Argentina və Avstraliyada təşkil olunacaq.

Bu ilin iyununda Fransa Velosiped Federasiyası tərəfindən təşkil edilən Fransa milli çempionatının canlı yayımını da Bakı Media Mərkəzi həyata keçirəcək.

Bakı Media Mərkəzinin icraçı prodüseri Tahir Əliyev "BMX Supercroos” üzrə turların Olimpiya Oyunlarına seçmə mərhələ xarakteri daşıyan yeganə elit yarış olduğunu xatırladaraq deyib: "Biz Bakı Media Mərkəzi olaraq, Beynəlxalq Velosipedçilər İttifaqının bu cür nüfuzlu yarışına cəlb olunmağımızdan qürur duyuruq. Şirkət UCI ilə bağlanmış müqaviləyə uyğun olaraq, yüksək keyfiyyətli çəkiliş məhsulu təqdim edəcək. Ümid edirik ki, bu, həm də bizim Beynəlxalq Velosipedçilər İttifaqı ilə uzunmüddətli əməkdaşlığımızın başlanğıcı olacaq”.

Bakı Media Mərkəzi Azərbaycanın beynəlxalq tədbirlərdən və idman yarışlarından çəkiliş və yayım təcrübəsi olan ilk innovativ şirkətidir. Şirkət 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının çəkilişlərinə cəlb edilib, "Tour D'Azerbaijan” və IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, bir çox nüfuzlu idman yarışlarının çəkilişlərində iştirak edib. Bakı Media Mərkəzi 2018-ci ildə isə Azərbaycan Velosiped İdman Federasiyası tərəfindən təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının BMX növü üzrə dünya çempionatına yayım xidmətləri göstərib. Mərkəz həm də audio-vizual məhsulların istehsalı sahəsində geniş çeşiddə xidmətlər göstərən çoxfunksiyalı şirkətdir.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil ediləcək UEFA Avropa Liqasının final oyununun canlı yayım çəkilişlərini də Bakı Media Mərkəzi Britaniyanın tanınmış "BT Sport” şirkəti ilə birgə həyata keçirəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM