24 May 2019 23:03
703
CƏMİYYƏT
A- A+

Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib


Azərbaycanın müharibə veteranlarından və hərbi yönümlü QHT təmsilçilərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı və Türkiyə Müharibə Veteranları Dərnəyinin dəvəti ilə baş tutan səfərin iştirakçıları İstanbula gəliblər.

AZƏRTAC xəbər verir ki, səfər zamanı Qarabağ müharibəsinin və Aprel döyüşlərinin veteranları İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Osmanlı ordusunun Şərq qoşunları komandanı Kazım Qarabəkir Paşanın ev-muzeyi ziyarət olunub. Paşanın qızı Timsal Qarabəkir ilə görüşdə Kazım Qarabəkirin Türkiyənin milli azadlıq mübarizəsində misilsiz qəhrəmanlığından söhbət açılıb. Azərbaycan və Türkiyə xalqlarının ulu öndərləri Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamlarının ölkələrimiz arasında qardaşlıq münasibətlərin təməlini təşkil etdiyi bildirilib.

Xatırladaq ki, artıq dörd ildir Azərbaycan və Türkiyə veteranları arasında qarşılıqlı səfərlər reallaşdırılır. Builki səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb, bir sıra tədbirlərdə iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video