Alternative content

01:09 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə Nazirliyi: Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə vermək cəhdindən başqa bir şey deyil
Müdafiə Nazirliyi: Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə vermək cəhdindən başqa bir şey deyil
ANA SƏHİFƏ / SİYASƏT
22:51 24.05.2019


Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən münasibət bildiriblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a daxil olan açıqlamada qeyd edilib: "Naxçıvan istiqamətində mövcud vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil. Hər dəfə Azərbaycan tərəfi genişmiqyaslı hərbi təlimlər keçirərkən erməni ictimaiyyətində yaranan təşvişi görən Ermənistanın hərbi rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları mətbuata sızdırır.

Düşmən döyüş meydanında məruz qaldığı uğursuzluğu KİV nümayəndələrinə absurd bəyanatlar verməklə ört-basdır etməyə çalışır və beləliklə də özlərini Azərbaycan xalqının qarşısında gülünc vəziyyətdə qoyurlar. O ki qaldı, Azərbaycan Ordusunun Naxçıvan istiqamətində keçən il qurduğu mövqeləri guya təminat səbəbindən tərk etməsi barədə söylənilən absurd fikirlərə, bu da tam yalandır.

Ermənistan tərəfindən fərqli olaraq, hazırda Azərbaycan əsgərinin yerləşdiyi yüksəkliklərdə elə bir post və döyüş mövqeyi yoxdur ki, ora hərtərəfli təmin olunmasın. Həmin mövqelər kommunikasiya xətləri və mövsümə uyğun olaraq bütün təminat növləri ilə təchiz edilib”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM