Alternative content

16:48 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
ANA SƏHİFƏ / SİYASƏT
22:43 24.05.2019

ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes və Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Adams Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar rəsmi bəyannamələr imzalayıblar.

Bəyannamələrdə bildirilir ki, dünya azərbaycanlıları son 100 il ərzində 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd edirlər. Florida ştatının Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının 2006-cı il oktyabrın 26-da təsis olunması bu ənənələri yaşatmaq və davam etmək məqsədini güdür.

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir.

ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri bəyannamələrində 2019-cu il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edir və bütün dairə sakinlərini Azərbaycan xalqının çoxsaylı töhfələrini qeyd etməyə çağırırlar.

Mayami-Deyd dairəsində 2,8 milyona yaxın, Hallandeyl Biç şəhərində isə 37 min sakin yaşayır. Buna görə də Mayami-Deyd ABŞ-da yeddinci ən sıx əhalisi olan dairə sayılır. ABŞ-ın turizm paytaxtlarından biri sayılan Mayami şəhəri Mayami-Deyd dairəsinin tərkibindədir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM