24 May 2019 22:26
635
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib


Azərbaycan ilə Rusiya arasında nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası "Rosatom”un nümayəndə heyəti arasında görüş olub. 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya və Azərbaycan tərəfinin rəsmiləri ümumi əlaqələrin vəziyyəti, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.

Tərəflər nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşdə Rusiya tərəfindən "Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və "Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.

Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi ilə "Rosatom” dövlət korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə olunub.

Danışıqların əsas mövzusu "Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub. Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq "Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.

Bundan başqa, milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.

Növbəti mərhələdə "Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfəri və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq "Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video