Alternative content

22:23 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
22:19 24.05.2019

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi 28 May - Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Londonda rəsmi qəbul keçirib.

Tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə, Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Tədbiri açan səfir Tahir Tağızadə Azərbaycan diplomatiyasının tarixindən bəhs edib. O bildirib ki, Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, xarici siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayıb.

Səfir tədbir iştirakçılarına müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. O, həmçinin mayın 22-də keçirilmiş Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası haqqında danışıb.

Baronessa Emma Nikolson Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illik tarixə malik olduğunu, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdiyini bildirib. O, 101 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulmasını çox mühüm tarixi hadisə adlandırıb və qadınlara səsvermə hüququnu verən Azərbaycanın bu yolda digər ölkələrə nümunə olduğunu bildirib. Emma Nikolson, həmçinin Lord David Evansın sahibi olduğu nəşriyyat evi tərəfindən çap olunan "Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabı haqqında danışıb. O, bu cür kitabların çap edilməsinin Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini söyləyib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM