Alternative content

12:33 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
ANA SƏHİFƏ / SİYASƏT
22:16 24.05.2019

Teleaparıcı Vladimir Solovyov bu günlərdə öz proqramının efirində növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi "erməni xalqının igidliyi” olub. Bu fikir Solovyovun ukraynalı ekspertlərə verdiyi bir sualdan sonra diskussiyanın gedişində səslənib. Solovyov Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsində Ukraynanın mövqeyini soruşanda ukraynalı ekspertlər Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq ediblər.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu məsələni şərh edərək deyib:

-Moskva ilə Bakı arasında münasibətləri korlamaq, nəticə etibarilə Azərbaycan ilə Ermənistan arasında yaranmış Qarabağ probleminin dinc yolla həllinin axtarışı üzrə 25 il ərzində planlı şəkildə aparılan işi heçə endirmək üçün göstərilən növbəti cəhd göz qabağındadır.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya bütün bu illər ərzində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edir. Ölkələrimiz arasında möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri formalaşıb. Moskva Bakıya Cənubi Qafqazda siyasi ab-havanı müəyyən edən amil, bu regionda təhlükəsizliyin qarantı kimi baxır. Azərbaycan dünya siyasi arenasında da öz mövqelərini ilbəil möhkəmləndirir: Prezident İlham Əliyevin yürütdüyü güclü və çevik, çoxvektorlu siyasət Azərbaycanın həm Qərb, həm Şərq ilə konstruktiv əlaqələrini saxlamaqla beynəlxalq danışıqlarda öz mənafelərini müdafiə etməsinə imkan verir. Azərbaycan multikulturalizm dəyərlərini seçməklə öz ərazisində bütün etnosların və dinlərin tamdəyərli inkişaf etməsinə imkan verir. Azərbaycanın Bakıda ən yüksək səviyyədə təşkil etdiyi qlobal idman tədbirlərinə, siyasi və mədəni tədbirlərə müxtəlif mədəniyyətlərin nümayəndələri gəlir və onların hamısını burada çox səmimi qəbul edirlər.

Azərbaycanın seçdiyi pozitiv inkişaf kursuna, Rusiya ilə Azərbaycan arasında hörmətə əsaslanan mehriban qonşuluq münasibətlərinə baxmayaraq KİV-lərdə vaxtaşırı əsassız hücumlar edilir, bu vasitə ilə dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma "Arsax”ın müsbət obrazını yaratmağa cəhd göstərilir. Lakin yadda saxlamaq lazımdır ki, bu cür sözlər ölkələrimiz arasında münasibətləri korlamaq, Qarabağ məsələsinin həllini mürəkkəbləşdirmək cəhdlərindən başqa heç nə deyil. Belə cəhdlər indi də uğursuzdur və gələcəkdə də uğursuz olacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM