24 May 2019 22:11
723
İDMAN
A- A+

Bakıda aerobika üzrə XI Avropa çempionatının açılış mərasimi keçirilib


Mayın 24-də Milli Gimnastika Arenasında aerobika üzrə XI Avropa çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Avropa çempionatının açılış mərasimində çıxış edən Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov aerobika gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə ilk dəfə keçirildiyini vurğulayaraq deyib: "Təxminən bir həftə əvvəl Bakı bədii gimnastika üzrə 35-ci Avropa çempionatına uğurla ev sahibliyi etdi. Qitə çempionatında təşkilatçılıq yüksək səviyyədədir. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə, gimnastika azarkeşlərinə təşəkkür edirəm”.

Sonra Fərid Qayıbov yarışları açıq elan edib.

Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Üç gün davam edəcək çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast fərdi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaq.

Azərbaycanı böyüklərin yarışında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edirlər.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Çempionatın sonuncu günündə isə finallar keçiriləcək və Avropa çempionları müəyyənləşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video