24 May 2019 21:45
587
CƏMİYYƏT
A- A+

Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub


Ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) "DOST” mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qonaqlara mərkəz haqqında məlumat verib. Nazir vurğulayıb ki, bu gün ölkəmizdə sosial sahədə aparılan islahatların əsas hədəflərindən biri də dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulmasıdır. Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi də bu məqsədə xidmət edir. "DOST” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla geniş əhatəyə malik sosial xidmətlərin "bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsini nəzərdə tutur.

Qeyd olunub ki, agentliyin ilk "DOST” mərkəzi hər gün 350-dən artıq vətəndaşa xidmət edir. Hazırda "DOST” mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir. 2019-2025-ci illərdə bütün ölkə üzrə 31 "DOST” mərkəzi yaradılacaq və onlar 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Rusiya nümayəndə heyəti əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olub. Burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyalarını, müraciət edən vətəndaşlara xidmət göstərilməsi prosesini nəzərdən keçiriblər.

M.Topilin və nümayəndə heyətinin digər üzvləri "DOST” mərkəzinin onlarda maraq və gözəl təəssüratlar yaratdığını vurğulayıblar. Onlar ölkəmizin sosial sahədə bu mühüm islahat tədbirinin uğurlu innovativ yenilik olduğunu qeyd ediblər.

Sonra nümayəndə heyətinə Azərbaycanın əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimatlar edilib. Həmçinin ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində tədbirlər və icra olunan özünüməşğulluq proqramı ilə yanaşı, ünvanlı dövlət sosial yardımı və əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemlərin bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən xüsusi mükafatlara layiq görüldüyü də diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video