24 May 2019 17:59
765
DÜNYA
A- A+

ABŞ Assanja qarşı 17 yeni ittiham irəli sürdü


ABŞ Ədliyyə Nazirliyi "Vikiliks” saytının təsisçisi Culian Assanja qarşı 17 yeni ittiham irəli sürmüşdür. Bu barədə nazirliyin bəyanatında məlumat verilmişdir.

Vaşinqton Assanjı casusluq haqqında qanunu pozmaqda ittiham edir. Ədliyyə Nazirliyi iddia edir ki, jurnalist qanunsuz olaraq məxfi informasiya mənbələrinin adlarını açıqlamışdır. Bu, ABŞ-la əməkdaşlıq edən əcnəbilərə zərər vura bilərdi. Sözügedən informasiya mənbələri arasında iraqlı və əfqanıstanlı jurnalistlər, hüquq müdafiəçiləri, dini liderlər və siyasi dissidentlər də var.

Assanj həmçinin keçmiş kəşfiyyatçı Bredli Menninqin köməyi ilə məxfi informasiyaya çıxış əldə etməkdə ittiham olunur. Ədliyyə Nazirliyinin fikrincə, Menninq jurnalistə bir çox son dərəcə məxfi sənədlər vermişdir ki, bu da ABŞ-ın milli təhlükəsizliyinə ciddi ziyan vurmuşdur.

İttihamın hər bəndinə görə Assanjı 10 il həbs cəzası gözləyir. Beləliklə, jurnalist 170 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video