Alternative content

16:10 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın
Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın
ANA SƏHİFƏ / İDMAN
17:13 24.05.2019

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final qarşılaşması ilə əlaqədar bir sıra tanınmış şəxslər, futbolçular bu böyük oyunu səbirsizliklə gözlədiklərini sosial şəbəkələr vasitəsilə bildirirlər.

AZƏRTAC xəbər verir ki, növbəti belə bir çağırışı tanınmış futbolçu, Portuqaliya millisinin və "Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Luiş Fiqu verib.

Luiş Fiqu sosial şəbəkələr vasitəsilə futbolsevərlərə açıqlamasında deyib: "Əziz dostlar, beş gün sonra Bakıda möhtəşəm final oyunu olacaq. Mən orada olacağam. Bu şansı qaçırmayın”.

Tanınmış futbolçu 1991-2006-cı illərdə Portuqaliya millisinin heyətində keçirdiyi 127 oyunda 32 qol vurub. O, bir dəfə UEFA Çempionlar Liqasının (2002), iki dəfə isə UEFA Superkubokunun (1997, 2002) qalibi olub.

Xatırladaq ki, UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasında Londonun "Arsenal” və "Çelsi” komandaları üz-üzə gələcəklər. Matç saat 23:00-da başlayacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM