24 May 2019 17:11
621
İQTİSADİYYAT
A- A+

Dünya Bankı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığın perspektivlərini müzakirə edib


Dünya Bankının Azərbaycandakı nümayəndəliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərliyi ilə görüş keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ASK-ın fəaliyyəti barədə məlumat verərək ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində sahibkarların sayının artaraq 1 milyona yaxınlaşdığını deyib. O, əvvəlki illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı Dünya Bankı tərəfindən maliyyələşdirilmiş 6 pilot layihə çərçivəsində Salyan, Naxçıvan və digər bölgələrdə sahibkarlara maliyyə dəstəyi göstərildiyini bildirib, bu yaxşı təcrübənin digər sahələrdə də davam etdirilməsinin faydalı olacağını vurğulayıb.

Bankın Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi Dünya Bankının hazırda ölkədə yeni iş yerlərinin sayının artırılması üzrə layihələrlə bağlı hökumətə yaxından dəstək göstərildiyini, ümumiyyətlə yeni iş yerlərinin yaradılmasında hökumətlə yanaşı, özəl sektorun da mühüm yer tutduğunu deyib.

O bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramının təkrarlanması məsələsinə Dünya Bankı da fəal dəstək verir və bu məsələdə işəgötürənlər təşkilatlarının köməyinə ehtiyac ola bilər. Həmçinin, fevralın sonunda Dünya Bankının təşkil etdiyi özəl sektorun inkişafına dair forumda dövlət-özəl tərəfdaşlığının perspektivlərinin müzakirəsində ASK-nın fəal iştirakı təqdirəlayıq hal kimi qiymətləndirilib.

N.Naqvi Dünya Bankı ilə ASK arasında əməkdaşlığın real imkanlarının olduğunu vurğulayıb.

Görüşdə bu məqsədlə məlumat mübadiləsinin davam etdirilməsi qərara alınıb, eyni zamanda, sentyabrda Dünya Bankının bir sıra ekspertlərinin Bakıya səfəri çərçivəsində konkret layihələrin müzakirəsi üçün ASK-ın rəhbərliyi ilə təkrar görüşün keçirilməsi təklif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video