Alternative content

12:40 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşlarla görüşüblər
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşlarla görüşüblər
ANA SƏHİFƏ / Mədəniyyət
15:10 24.05.2019

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından, nazir müavini Rafiq Bayramov isə Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşlarla görüşüblər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Şamaxı rayonunda aşıq Məmmədağa Babayevin büstünün ucaldılması, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində "Şəxsiyyətlər muzeyi”nin yaradılması, "Yeddi günbəz” kompleksinin bərpa olunması, Sündü kəndində olan mağaraya inventar nömrəsinin, Şirvan folklor kollektivinə "xalq kollektivi” adının verilməsi ilə bağlı müraciətlər edilib. Həmçinin Qobustan rayon Rəşid Behbudov adına Musiqi məktəbi üçün konsert zalının tikilməsi, Şamaxıda səsyazma studiyasının yaradılması, Dəmirçi Arxeologiya Muzeyinin nazirliyin balansına verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət də səslənib.

X X X

Nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri xalq teatrlarının rejissorları üçün paytaxt teatrlarında praktiki məşğələlərin təşkili, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təchizatı, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin nazirliyin balansına verilməsi, Qəbələ Dövlət Rəsm Qalereyası üçün inzibati binanın tikilməsi, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə yeni kitabların verilməsi, "Lahıc” xalq kollektivinə ştat vahidlərinin ayrılması bərədə olub.

X X X

Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Ağsu rayon sakinləri tərəfindən ölkədəki Heydər Əliyev mərkəzlərinə tanışlıq turlarının təşkili, Ağsu Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, məktəb üçün yeni binanın tikilməsi, Tarix-diyarşünaslıq muzeyinin təmiri və ekspozisiyasının yenidən qurulması və digər məsələlər barədə müraciətlər edilib.

X X X

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb.

Qəbuldan sonra mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib: "Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Nazir vurğulayıb ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq işləri görülür. Həmçinin Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir.

Əbülfəs Qarayev mayın 24-də nazir müavinləri tərəfindən İsmayıllı, Qəbələ və Ağsu sakinlərinin qəbulunun keçirildiyini də diqqətə çatdıraraq deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ həll olunmasına şərait yaradır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM