24 May 2019 15:08
1999
CƏMİYYƏT
A- A+

Azərbaycanın şərq hissəsində quru ilə dənizin kəsişdiyi nöqtə - Şahdili burnu


Abşeron Milli Parkı Azərbaycan Prezidentinin sərəncamı ilə 783 hektar ərazidə yaradılıb. Paytaxtdan 70 kilometr kənarda yerləşən Milli Park yerli və xarici turistlər üçün maraqlıdır.

AZƏRTAC Abşeron Milli Parkı ərazisindən hazırladığı reportaj zamanı ərazinin turizm imkanları ilə tanış olub. Qeyd edək ki, Milli park ərazisinə gələn hər bir turist üçün rəhbərliyin müəyyən tələb və tövsiyələri var.

Milli park ərazisində vəhşi heyvanlar məskunlaşdığı üçün turistlərdən ehtiyatlı olmaları tövsiyə edilir. Qeyd edək ki, gəzinti vaxtı milli parkda olan vəhşi heyvanların görünməsi ehtimalı yüksəkdir.

Park rəhbərliyinin tələbinə görə, ərazinin 6 km-lik məsafəsi avtomobillə gedildikdən sonra, Şahdilinə gedilən 2 km-lik yol piyada qət edilməlidir. Park rəhbərliyi bunun ərazidəki canlıların qorunması üçün edildiyini bildirir. Ərazidə endemik bitki növləri çoxluq təşkil edir.

Qeyd edək ki, ərazidə velosiped yolu da var. Piyada getmək istəməyən turistlərin velosipeddən istifadə etməsinə icazə verilir. Turistlər Park ərazisində tək canlı aləmlə deyil, eyni zamanda keçmiş sovet ordusundan qalan hərbi bunkerlərlə də tanış ola bilirlər. Bizdə marşrutumuzun üzərində olan bu bunkeri yaxından görmək istədik. Ancaq bunkerin içərisinə təhlükəsizlik səbəbindən girməyimizə icazə verilmədi. Bələdçinin verdiyi məlumat görə, hərbi bunkerlər 1970-ci illərdə sovet hərbiçiləri tərəfindən istifadə olunub.

Bunkerin olduğu ərazidən uzaqlaşaraq yolumuza davam etdik. Qeyd edək ki, yol boyu müxtəlif heyvanların izlərinə rast gəldik. Bundan başqa milli park ərazisində ilanlar daha çox idi. Ərazidəki bələdçilər bildirdilər ki, parkda zəhərli ilan kimi yalnız gürzə qeydə alınıb. Digər ilanlar təhlükəli deyil. Bununla yanaşı milli parkda Xəzər suitisi, ceyran, canavar, çaqqal, su-bataqlıq quşlar və digər canlılar var . 2 km-lik yolu qət edib nəhayət Şahdili ərazisinə çatdıq.

Şahdili burnu isə həm təbii-coğrafi mövqeyinə görə unikal mənzərə və təbiət abidəsi sayılır, həm də vizual görünüşünə görə romantik bir ərazi hesab olunur.

Bir rəvayətə görə, çox əvvəllər Abşeron yarımadasının burun hissəsinə yüksək mənsəbli əyanlar, o cümlədən də şahlar şikara gələrlərmiş. Ona görə də bu hissəni yerli əhali Şah dili adlandırarmış.

Qeyd edək açıq dənizə yönələn füsunkar mənzərə Xəzər sahillərinin heç bir nöqtəsində bu qədər heyrətamiz görünmür.

Nəhayət Abşeron Milli Parkındakı bir neçə saatlıq səfərimizi yüksək əhval-ruhiyə ilə başa vurduq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video