24 May 2019 14:19
1176
Elm və texnika
A- A+

Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Pekində keçirilən "Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Akif Əlizadə Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrliyi ilə keçirilən konfransın ziyafət və açılış mərasimlərində, həmçinin ölkənin müvafiq nazirlərinin və dəvət olunmuş yüksəkrütbəli qonaqların iştirakı ilə keçirilən müzakirələrdə iştirak edib.

Bundan başqa, alim "Asiya sivilizasiyalarının qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcəyin cəmiyyəti” adlı forumda "Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə zəngin sivilizasiyaların beşiyi olan Asiyanın tarixi, onun dünya üzrə mədəni dəyərlərin yaradılmasında yeri və rolu, eləcə də çağdaş dövrümüzdə Asiya ölkələrinin inkişaf tendensiyalarına toxunulub.

Qeyd olunub ki, dünya iqtisadiyyatında Asiyanın xüsusi çəkisinin tədricən artması müasir dövrdə əsas trendə çevrilib. Tarixən Asiyada iki əsas lider dövlət Çin və Hindistan idisə, bu gün Yaponiya, Koreya Respublikası, Tailand, Pakistan və digər ölkələr dünya iqtisadiyyatına ciddi təsir edən ölkələrdir.

Bildirilib ki, müasirləşmə kompleks, hərtərəfli hadisədir və yalnız iqtisadi münasibətlərlə məhdudlaşdırılmır. Tədqiqatçıların fikrincə, Asiya ölkələri öz iqtisadi, siyasi və ictimai-mədəni inkişafının parametrlərinə görə hər zaman Qərb modelindən fərqlənib. Buraya zəhmətsevərlik, nizam-intizam, nüfuzlu hakimiyyət, ailə dəyərləri və s. aid etmək olar.

Məruzədə, həmçinin Asiyanın əsas ölkələrindən olan Azərbaycanın tarixi təcrübəsinə də toxunulub. Qeyd olunub ki, insan potensialına görə dünya xəritəsində mühüm yeri olan Azərbaycan kiçik ölkələr kateqoriyasına daxil olsa da, vacib bir missiyanı yerinə yetirir. Ölkə Avropa və Asiya, eləcə də Avrasiya və Yaxın Şərq arasında körpü rolunu oynayaraq xüsusi əhəmiyyətli coğrafi mövqeyini hər zaman qoruyub saxlayır.

Konfransda idarəçilik mübadiləsi, sivilizasiyanın müxtəlifliyinin mühafizəsi, mədəniyyət turizmi və insan mübadiləsi, Asiyanın sivilizasiyasının irsi və inkişafında gənclərin rolu, Asiya sivilizasiyasının qlobal təsiri, qarşılıqlı mübadiləsi və bəşəriyyət üçün birgə gələcək mövzuları üzrə ətraflı müzakirələr aparılıb.

Xatırladaq ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin himayədarlığı və iştirakı ilə təşkil edilən konfransa müxtəlif ölkələrdən 1000-dən çox iştirakçı qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video