Alternative content

00:08 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pərvin Gözəlov Sankt-Peterburqda keçirilən Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Pərvin Gözəlov Sankt-Peterburqda keçirilən Beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
ANA SƏHİFƏ / Elm və texnika
14:18 24.05.2019

Tarixçi-alim, bayraqşünaslıq və heraldika mütəxəssisi, "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB” İdarə Heyətinin üzvü, sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov 15-17 may 2019-cu il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki "Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə Qoşunları Muzeyi”ndə keçirilən "Müharibə və silah, yeni tədqiqatlar və materiallar” adlı doqquzuncu Beynəlxalq elmi-praktik konfransda "Muzey kolleksiyalarında 1833 və 1877-1878-ci illərdə Georgiy bayraqları” elmi məruzəsi ilə çıxış edib. Birinci 1877-1878–ci illər "Georgiy” bayrağı Azərbaycan Tarixi Muzeyinin bayraq kolleksiyasında saxlanılır. İkinci 1833-cü il "Georgiy” bayrağı haqqında məlumatlarda Dövlət Ermitajı materiallarından istifadə edilib. Konfrans mövzusunun istiqaməti üzrə Rusiyada ən əhəmiyyətli, genişmiqyaslı və tədqiqat sahəsində yeganə elmi tədbir hesab edilir. Bu səbəbdən də elmi tədbirdə beynəlxalq elm ictimaiyyətinin tanınmış və nüfuzlu alimləri iştirak edirlər. Beləliklə, Pərvin Gözəlov məruzəsində XVIII əsrin sonu XIX əsrin əvvəllərində Rusiya İmperiyasının xarici siyasət prosesləri və geosiyasi strategiyası nəticəsində Azərbaycan xanlıqlarının (müstəqil və yarımmüstəqil dövlət qurumları) Rusiya İmperiyasının tərkibinə daxil edilməsi prosesi yekunlaşırdı. Azərbaycan xanlıqlarının bir hissəsi Bakı, İrəvan, Gəncə, Lənkəran və Şəki xanlıqları böyük döyüşlər nəticəsində, digərləri isə Kürəkçay, Georgiy və Türkmənçay diplomatik müqavilələr üsulu ilə imperiyanın tərkibinə daxil edilmişdi. İki Rus-Fars (Persiya) müharibələri nəticəsində XIX əsrin birinci yarısı Azərbaycanın tarixi əraziləri (şimalda) Rusiya və (cənubda) müasir İran arasında bölünmüşdü. Bununla əlaqədar Rusiya İmperiyasının tərkibinə daxil edilmiş Şimalı Azərbaycan əhalisinin etnik mənsubluğu təhrif olunaraq rəsmi dövriyyəyə "Cənubi kavkaz tatarları”, "Azərbaycan tatarları” və ya "Farslar”(Perslar), bəzi hallarda dini mənsubluqları ilə "Müsəlmanlar” kimi göstərilərək rəsmi dövriyyəyə daxil edilmişdi. Məruzədə o da vurğulanıb ki, Rusiyanın XIX əsr akademik ədəbiyyatında Azərbaycan xalqının etnik mənsubluğu "türklər” və ya "Azərbaycan türkləri” və əhalinin "Azərbaycanlılar” kimi qeyd olunaraq sözügedən dövrdə dövriyyəyə daxil edilmişdi. İstifadə olunan dil analoji olaraq "türk dili”-"Azərbaycan-türk dili” kimi göstərilirdi. "Gülüstan” (1813) və "Türkmənçay” (1828) müqavilələri əsasında Azərbaycanın tarixi ərazisi Rusiya İmperiyası və Qacarlar dövləti arasında bölünmüşdü. Rusiya İmperiyasının tərkibinə daxil edilmiş xalqların hərbi potensialından müharibələrdə geniş miqyasda istifadə olunması məqsədilə azərbaycanlılardan ibarət atlı-müsəlman (qeyri-nizami) alaylar yaradılmışdı. azərbaycanlılardan ibarət ilk alaylar İmperator I Nikolayın (1825-1855) hakimiyyəti dövrünə təsadüf edir. Pərvin Gözəlov məruzəsində vurğulayıb ki, bir hissəsi və ya tam olaraq azərbaycanlılardan ibarət atlı-müsəlman alayları 1877-1878-ci il döyüşlərində Bakı, Yelizavetpol, Zaqatala, Şuragöl, İrəvan atlı-qeyri-nizami alaylarından əlavə, Aleksandrapol diviziyası və Borçalı atlı-yüzlik dəstəsi cəlb edilmişdir. Rus-türk kampaniyasında fərqlənmiş Zaqatala atlı-müsəlman qeyri-nizami alayı imperatorun 1878-ci il ali fərmanı ilə "Georgiy” bayrağı ilə təltif olunmuşdu (üzərində rus dilində "Za otliçie v Tureükuö voynu 1877 i 1878 qodı”). Müqayisə edilən ikinci "Georgiy” bayrağı 30 iyun 1833-cü ildə təsdiqlənmiş Birinci Samoqit Qrenar alayının 3-cü fəaliyyətdə olan və 4-cü ehtiyat batalyonunun bayrağıdır.
Qeyd olunan atlı-müsəlman alaylarının bayraqdarından əlavə, 1925-ci ildə Azərbaycan Dövlət Muzeyinə Tiflisdəki Kavkaz Hərbi-Tarix Muzeyindən gətirilən materiallar sırasında Azərbaycan xanlıqlarının bayraqları da olub. Konfrans çərçivəsində tarixçi-alim Pərvin Gözəlov "Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə Qoşunları Muzeyi”nin bayraq fondunda saxlanılan Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqlarının elmi tədqiqatını həyata keçirib. Qeyd edilən Naxçıvan xanlığının bayraqları Pərvin Gözəlov tərəfindən "Artilleriya Hərbi-Tarix Mühəndis və Rabitə Qoşunları Muzeyi”nin bayraq fondunda 2015-ci ildə aşkar edilib.
Məruzə zamanı iştirakçılara fotoslaydlar nümayiş edilib və sualları cavablandırılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM