Alternative content

00:06 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Görkəmli alim Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans
Görkəmli alim Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans
ANA SƏHİFƏ / Elm və texnika
13:33 24.05.2019

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli dilçi-alim, professor, türkoloq, onomastika elmi məktəbinin banisi, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, Əməkdar elm xadimi Afad Qurbanovun 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli alim Afad Qurbanovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Vurğulanıb ki, Afad Qurbanovun dilçilik elminin inkişaf etdirilməsində mühüm xidmətləri olub.

Təhsil nazirinin müavini İdris İsayev görkəmli alim Afad Qurbanovun Azərbaycan elm və təhsilinin inkişafındakı rolundan bəhs edib.

Çıxış edən digər alimlər də Afad Qurbanovun elmə və təhsilə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs edib, onun xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.

Sonra "Afad Qurbanov və dilçilik elminin inkişafı” və digər mövzularda məruzələr dinlənilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM