24 May 2019 13:29
630
İQTİSADİYYAT
A- A+

Azərbaycanın kənd təsərrüfatı naziri Fransanın Oksitani regionunun prefekti ilə görüşüb


Fransada səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Oksitani regionunun prefekti Etyen Quyo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar, aqrar sahənin inkişaf istiqamətləri, texnologiyaların tətbiqi, elmi araşdırmalar haqqında məlumat verilib. Həmçinin ölkəmizin Fransa regionları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Prefekt E.Quyo qeyd edib ki, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində bütün imkanları sərf etməyə, lazımi dəstəyi verməyə hazırdır. O, azərbaycanlı nazirin fransız həmkarı ilə görüşü barədə də məlumatı olduğunu diqqətə çatdırıb.

Nazir İ.Kərimov Fransanın növbəti ildə Bakıda keçiriləcək ənənəvi "Caspian Agro” beynəlxalq sərgisində daha geniş formatda iştirak etməyi planlaşdırdığını diqqətə çatdıraraq, Oksitani regionundan olan şirkətləri də sərgiyə dəvət edib. O, Fransanın kənd təsərrüfatı şirkətlərini ölkəmizdə fəal olmağa çağırıb və dövlət tərəfindən fermerlərə verilən güzəştlərdən, subsidiyalardan söz açıb. Vurğulayıb ki, fransız şirkətləri Azərbaycana gəlməklə ölkədə həyata keçirilən irimiqyaslı beynəlxalq infrastruktur layihələrindən yararlanaraq, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirə bilərlər.

İnam Kərimov, həmçinin kənd təsərrüfatı texnikası satışı bazarının liberallaşmasından, investisiya yatırmaq sahəsində yaradılan münbit şəraitdən danışaraq, Oksitani regionunun şirkətlərini ölkəmizdə investisiya layihələri həyata keçirməyə dəvət edib.

Oksitani prefekti E.Quyo kənd təsərrüfatı sahəsində yaradılan şəraitlə tanış olmaq üçün ölkəmizə dəvət olunub və o, bu dəvəti məmnunluqla qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video