Alternative content

16:45 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlk dəfə
İlk dəfə
ANA SƏHİFƏ / İDMAN
02:34 24.05.2019


UEFA İcraiyyə Komitəsi Bakıda toplaşır


Dünyanın idman paytaxtlarından birinə çevrilən Bakı bir neçə gündən sonra Avropanın nüfuzlu klub turnirləri olan UEFA Avropa Liqasının finalına evsahibliyi edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici matçda İngiltərənin "Çelsi” və "Arsenal” komandaları üz-üzə gələcəklər. Bir sözlə, Bakıda London derbisi oynanılacaq, paytaxtımızda əsl futbol festivalı yaşanacaq.

Azərbaycanın belə bir yüksək səviyyəli turnirin finalını keçirmək hüququnu əldə etməsi Avropa futbol ictimaiyyətinin ölkəmizə etimadından irəli gəlir. Bu cür mötəbər final qarşılaşmasına evsahibliyi etmənin nailiyyətlərində də məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

UEFA mayın 29-da Bakıda keçiriləcək İcraiyyə Komitəsi iclasının gündəliyini açıqlayıb. Paytaxtımızda tarixdə ilk dəfə olaraq keçiriləcək iclasda 2021-ci ildə UEFA Qadınlararası Çempionlar Liqasının ev sahibinin müəyyənləşdirilməsi məsələsi müzakirə ediləcək. Müxtəlif yarışların və texniki qaydaların təsdiqi də gündəliyin əsas müzakirə mövzularından biridir. Tədbirin gündəliyində futzal üzrə UEFA Avropa çempionatı 2020-2022-ci illər, 2019-2020-ci illər UEFA Avropa U-17 və U-19 çempionatları, 2019-2020-ci illər UEFA Avropa qadınlararası U-17 və U-19 çempionatları, UEFA İntizam qaydaları (2019-cu il buraxılışı), UEFA Təhlükəsizlik qaydaları (2019-cu il buraxılışı) və UEFA Klubların maliyyə nəzarəti orqanının prosedur qaydaları (2019-cu il buraxılışı) məsələləri də yer alıb. Eyni zamanda, turnirlərin əsasnamələri - oyun qaydalarına adaptasiya, UEFA Avropa gənclər çempionatlarının formatı, Reynhart Qrindelin UEFA-nın vitse-prezidenti və FIFA İcraiyyə Komitəsi üzvlüyündən azad olunması və UEFA Grassroots mükafatı - 2019-da təsdiqini tapacaq.

Xatırladaq ki, UEFA-nın İcraiyyə Komitəsinin Bakıdan əvvəlki iclası və konqresi bu ilin fevral ayında İtaliyanın paytaxtı Romada keçirilmişdi. Avropa futbol təşkilatına 2016-cı ildən rəhbərlik edən sloveniyalı Aleksander Çeferinin UEFA-nın yeni prezidenti kimi seçildiyi konqresdə klub turnirlərinin və yığma komandaların 2019-2020-ci illər üçün yarışlarının reqlamentləri də təsdiq edilmişdi. Onların arasında Çempionlar Liqası, Avropa Liqası və UEFA superkuboku da var.

Gənclər arasında 2019-2021-ci illər Avropa çempionatının final turnirinin formatının da təsdiq olunduğu iclasda UEFA və Avropa Klubları Assosiasiyası arasında qarşılıqlı anlaşmaya dair Memorandum da imzalanmışdı.

Tədbirdə eyni zamanda UEFA İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşmişdi. Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker, Macarıstan Futbol Federasiyasının rəhbəri Şandor Çanyi, Albaniya Futbol Assosiasiyasının prezidenti Armand Duka, Danimarka Futbol Federasiyanın rəhbəri Yesper Meller-Kristensen, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun İcraiyyə Komitəsinə daxil olmuşdular. Üzvlüyə qadın namizəd kimi fransalı Arduen Florans seçilmişdi.

Göründüyü kimi, Azərbaycan da UEFA-nın etimadını tamamilə doğruldub. Final qarşılaşmasını tələb olunan səviyyədə keçirmək üçün yerli təşkilat komitəsi nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra edib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib.

Bununla da Azərbaycan növbəti dəfə sübut edir ki, mötəbər turnirləri, o cümlədən gələn il keçiriləcək Avropa çempionatını da yüksək səviyyədə təşkil etmək qabiliyyətinə malikdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM