Alternative content

12:41 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın aparıcı neft-qaz və energetika mütəxəssisləri yenə də Azərbaycanda görüşəcəklər
Dünyanın aparıcı neft-qaz və energetika mütəxəssisləri yenə də Azərbaycanda görüşəcəklər
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:34 24.05.2019


Mayın 29-da Bakıda ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi açılacaq


Bu il 29 may-1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi keçiriləcək.

Bu sərginin keçirilməsi artıq ənənəyə çevrilib və o, hər il regionun əsas neft-qaz layihələrini müzakirə etmək üçün sahənin tanınmış şirkətlərini, səriştəli mütəxəssislərini bir araya gətirir.

Xəzər Neft və Qaz Sərgisi ilk dəfə 1994-cü ildə - Azərbaycan neft sənayesinin və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcını qoyan "Əsrin müqaviləsi” ərəfəsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilib. Həmin vaxtdan etibarən bu tədbir təkcə regionun deyil, bütün dünyanın neft, qaz və energetika sahəsində fəaliyyət göstərən peşəkarların görüş yerinə çevrilib.

Burada gələcək əməkdaşlığa dair memorandumlar, saziş və müqavilələr imzalanır. Prezident İlham Əliyevin hər il sərginin açılışında iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir.

26-cı Beynəlxaq Xəzər Neft və Qaz Sərgisi ərəfəsində keçirilən mətbuat konfransında Iteca Caspian şirkətinin baş direktoru Fərid Məmmədov bildirdi ki, respublikanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti tədbirə böyük dəstək göstərirlər. Baş tərəfdaş kimi SOCAR çıxış edir. Qızıl sponsor BP, gümüş sponsor isə "Türkiye Petrolleri”dir. Bu il sərgidə 34 ölkədən 290 şirkət iştirak edəcək. Bunların arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə və bir sıra MDB ölkələrinin aparıcı şirkətləri var. İştirakçıların 24 faizi sərgidə öz debütünü edəcək. Çin, Almaniya, Belarus, Rusiya və digər ölkələrdən olan bu şirkətlər tədbirə geniş məzmunlu ekspozisiyalarla gələcəklər.

Xəzər Neft və Qaz Sərgisinin meneceri Ülkər Qasımova əlavə etdi ki, iştirakçı şirkətlər tərəfindən neftin və qazın hasilatı, daşınması, karbohidrogenlərin saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıqlar, innovativ texnologiyalar təqdim olunacaq. Eləcə də platforma və üzən qazma qurğuları, boruların çəkilməsi, kəmərlərin təhlükəsizlik sistemləri, servis xidmətləri təqdim ediləcək.

Hər il olduğu kimi, sərgi ilə yanaşı, eyni adlı konfrans da keçiriləcək. Konfransın işi iki gün (mayın 30-u və 31-də) davam edəcək. Xəzər Neft və Qaz Konfransının meneceri Aynurə Nəzərli bu barədə geniş məlumat verərək bildirdi ki, tədbirə 30 ölkədən 500-ə yaxın nümayəndə gələcək. Konfransın plenar sessiyasının mövzusu "Sinerji - qlobal inkişafa aparan yol: enerji təhlükəsizliyinə və dayanıqlığa doğru” adlanacaq. Tədbirin auditoriyasında sənayenin ən aktual mövzuları - enerji təhlükəsizliyi, yeni ixrac və investisiya imkanları, sektorun rəqəmsallaşdırılması, ekologiya, qənaət və digər mövzular ətrafında müzakirələr aparılacaq. Ümumiyyətlə, konfransda 40-dan çox məruzə dinləniləcək.

Builki konfrans öz "dinamik”liyi ilə fərqlənəcək. Belə ki, tədbir çərçivəsində nümayəndə heyətlərinə məruzəçilərlə "onlayn” rejimində ünsiyyət yaratmaq imkanı veriləcək. Konfransın məkanı "Bilgah Beach Hotel” olacaq.

Son illərdə neft-qaz sərgisi ilə eyni vaxtda Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi - "Caspian Power”də keçirilir. Bu il 9-cu dəfə baş tutacaq həmin sərgidə Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrin energetika sahəsinin aparıcı texnologiya təchizatçıları yer alacaq. Sahənin tanınmış müəssisələri istehsal etdikləri transformatorları, kabelləri, elektrik avadanlıqlarını, enerjiyə qənaət üzrə ən son məhsul və texnologiyalarını göstərəcəklər. Mütəxəssislər isə elektroenergetikanın inkişaf strategiyaları haqqında məlumat almaq, perspektiv müqavilələr imzalamaq imkanı qazanacaqlar.

Sərginin keçirildiyi günlərdə Bakı Ekspo Mərkəzində maraqlı görüşlər olacaq, işgüzar proqramlar təqdim ediləcək. Tədbirlər üzrə menecer Svetlana Fuks sənaye sahəsində çalışan gənc mütəxəssislər, tələbələr üçün hazırlanmış proqramlar barədə məlumat verdi. Sərginin sonu 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyindən balacalar da unudulmayıb. Belə ki, həmin gün "Yarat” müasir incəsənət mərkəzi ilə birlikdə uşaqlar üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Onlar tədbirdə ölkəmizin həyatında neftin rolu, neftdən hansı məhsullar hazırlandığı barədə geniş məlumat alacaqlar.

Balacaların neft-qaz sərgisinin işinə qatılması da bu tədbirin 25 illik tarixində bir ilkdir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM