Alternative content

00:07 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
18:04 18.06.2019 Çində güclü zəlzələ
18:04 18.06.2019 Platini həbs olundu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan öz inkişafı ilə antiazərbaycançı dairələrin planlarını alt-üst edir
Azərbaycan öz inkişafı ilə antiazərbaycançı dairələrin planlarını alt-üst edir
ANA SƏHİFƏ / SİYASƏT
02:33 24.05.2019


Çirkli reputasiyaya malik "Amnesty International” kimi təşkilatlar həqiqət qarşısında yenə də məğlubiyyətə məhkumdurlar


Azərbaycanın dinamik inkişafı ilə, yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səmərəli formada yararlanmaqla Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsi müasir tariximizin mühüm uğurudur.

Hər ötən il Azərbaycanın artan gücünü və imkanlarını nümayiş etdirir, ölkəmizin beynəlxalq imicini artıran mühüm hadisələr kimi tarixə yazılır.

Ən əsası odur ki, respublikamız öz uğurlarını çağdaş dünyamızın təbəddülatlarla dolu günlərində qazanır. Dünyanın müxtəlif bölgələrində gedən mürəkkəb proseslər, ayrı-ayrı ölkələrdə müşahidə olunan gərginlik fonunda Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, qətiyyətli və praqmatik siyasət ölkəmizin milli maraqlarının qorunmasını, Azərbaycanda sabitliyi, təhlükəsizliyi və hər bir sahənin harmonik inkişafını təmin edir.

Bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal layihələrin reallaşdırılmasına, dünyada təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Respublikamızın Qərb və Şərq, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur.

Lakin sürətlə inkişaf edən, müstəqil siyasət yeridən Azərbaycanın qazandığı uğurları müəyyən xarici dairələr həyəcansız qarşılaya bilmir, bundan narahatlıq keçirdiklərini hər addımda büruzə verirlər. Bəzi beynəlxalq təşkilatların və insan hüquqları üzrə formalaşmış qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı qərəzli hesabatlarının son illərdə çoxalması bunu təsdiq edir. Xüsusən erməni lobbisi və onun maliyyəsilə hərəkət edən dairələr ölkəmizdəki harmonik inkişafa zərbə vurmağa, uğurlarımıza kölgə salmağa cəhd göstərirlər. Onlar illərdir ki, Azərbaycandakı radikal müxalifətin və sosial şəbəkələrin, "hüquq müdafiəçiləri”nin də daxil olduğu "beşinci kolon” vasitəsilə məqsədlərinə nail olmağa çalışırlar.

Antiazərbaycançı şəbəkə yenidən fəallaşıb. Çünki xüsusən son bir ildə respublikamız yeni inkişaf göstəricilərinə imza atıb, mühüm qlobal layihələri tamamlayıb, bölgənin lideri kimi iqtisadi imkanlarını və proseslərə təsiretmə rıçaqlarını artırıb. Cənubi Qafqazın işğalçı dövləti Ermənistanda isə vəziyyət fərqlidir. Ermənistan davamlı olaraq siyasi böhran içindədir. Mafiyozlaşmış və korrupsiyalaşmış erməni hakimiyyəti vətəndaşların ümidlərini heç cür doğrulda bilmir. Bir neçə gün əvvəl keçmiş prezident R.Koçaryanın həbsdən buraxılması ölkədəki gərginliyi bir qədər də artırıb. İnkişafdan əsər-əlamət olmayan, tənəzzül və səfalət hökm sürən, iqtisadiyyatı dağıdılmış, sabitliyi pozulmuş Ermənistanın bu gedişlə hələ uzun müddət özünə gələ bilməyəcəyi aydındır.

Təbii ki, bu iki ölkədə baş verənlər - Azərbaycanın bölgənin və postsovet məkanının sürətlə inkişaf edən dövləti kimi uğurlarını artırması, Ermənistanın isə böhran və problemlər içində itib-batması Qərbin bir sıra siyasi dairələrinin, o cümlədən erməni lobbisinin əlində alətə çevrilən mərkəzlərin, siyasətçilərin də diqqət mərkəzindədir. Hər biri Cənubi Qafqazın lideri olan Azərbaycanın uğurlarını da görür, bütün sahələrdə uğradığı tənəzzüldən qurtula bilməyən Ermənistanın fəlakətini də! Ona görə son vaxtlar yenidən fəallaşıblar. Təsadüfi deyil ki, radikal müxalifət xaricdən aldığı sifarişlərə əsasən qondarma iddialar irəli sürərək respublikamızın uğurlarını gözdən salmağa, ölkədə sabitliyi pozmağa, bu yolla hakimiyyətə təzyiq göstərərək özünün və xarici havadarlarının siyasi və iqtisadi iddialarını reallaşdırmağa yeni cəhdlər edir. Birbaşa olaraq erməni lobbisinin təsiri altında olan xarici qrant təşkilatlarının maliyyəsilə Azərbaycanın imicinə zərbə vurmağa hesablanmış addımlar atmağa çalışır. Müxtəlif yollarla xarici ölkələrə üz tutub çirkin kampaniyalara cəlb olunan antimilli ünsürlərin əməlləri bu məqsədə xidmət edir. Lakin onların hərəkətləri öz dövlətinə və xalqına qarşı xəyanətdən başqa bir şey deyil.

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ilə əlaqədar təşkil olunan qarayaxma kampaniyası bunu bir daha sübut edir. Təcrübə göstərir ki, Azərbaycan beynəlxalq tədbirlər ərəfəsində olanda antiazərbaycançı şəbəkənin məlum planı işə salınır, ölkəmizə qarşı qara piyar kampaniyası həyata keçirilir. Bu baxımdan xeyli müddət əvvəldən UEFA Avropa Liqasının finalı ərəfəsində Azərbaycanla bağlı qərəzli, ölkəmizin uğurlarına kölgə salmaq niyyəti güdən informasiyaların dövriyyəyə buraxılacağı gözlənilən idi. Çünki həm "Eurovision” musiqi yarışması, həm I Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlər ərəfəsində antiazərbaycançı şəbəkə ölkəmizə qarşı oxşar qarayaxma planlarını işə salıb.

Avropa Liqasının finalının keçirilməsini pisləyən "Amnesty International” təşkilatından, əslində, başqa bir şey gözləmək də olmazdı. Antiazərbaycan platformasında yer alan, ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın fəal iştirakçısı olan bu təşkilat hər zaman bəzi QHT-lərin və dəllallıqla məşğul olan "hüquq müdafiəçilərinin” subyektiv mülahizələrinə, yalan məlumatlarına istinad edərək dövlətimizə qarşı inkarçı və qərəzli mövqedə dayanıb. Ayrı-ayrı maraqlı dairələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq alətinə çevrildiyi üçün bu təşkilat artıq korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Ona görə belə çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffaflıq, demokratiyadan danışmağa haqqı yoxdur.

Xatırladaq ki, "Amnesty International” əvvəllər də beynəlxalq tədbirlər vaxtı, məsələn, I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyasına başlamışdı. Lakin güclü Azərbaycan dövləti qarşısında aciz qaldı.

UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsindən qaynaqlanan yeni kampaniya sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Ermənistan Xarici İşlər Nazirliyinin "Arsenal” futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması antiazərbaycançı şəbəkənin bu ərəfədə ölkəmizə qarşı fəallaşmasının göstəricisidir.

Siyasi dairələrin idman məsələlərinə qarışması qəbulolunmazdır. İndiki halda bir daha təsdiq olunur ki, Ermənistan idmanı siyasət alətinə çevirməyə cəhd etməklə həm də sülh danışıqlarında qeyri-konstruktivliyini ortaya qoyur. Xatırladaq ki, Azərbaycan 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən "Arsenal” futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün azarkeşlərin təhlükəsizliyinin tam təmin olunacağına təminat verib. Xatırladaq ki, erməni əsilli idmançılar bundan əvvəl də Azərbaycanda keçirilən yarışlarda iştirak ediblər və onların təhlükəsizliyi ilə bağlı hər hansı problem olmayıb. H.Mxitaryanın özü isə xeyli vaxtdır İngiltərə premyer-liqasında "Arsenal”ın start heyətində yer almır. Ona görə bir çox hallarda əsas oyunlardan kənarda qalmalı olur. Əsasən aparıcı futbolçular müəyyən səbəblərdən oyunu davam etdirə bilmədikdə meydana çıxır. Bu baxımdan onun Bakıya gəlməməsi "Arsenal” üçün, ümumiyyətlə, itki sayılmır. Ona görə bu gün erməni futbolçusunun Bakıya səfəri ilə bağlı yaradılan ajiotaj tamamilə süni və yersizdir. Antiazərbaycançı dairələrin planlarının tərkib hissəsi olan bu qalmaqal da artıq iflasa uğrayıb.

İndiyədək antiazərbaycançı şəbəkənin respublikamıza qarşı dəfələrlə qara piar həyata keçirmək istəməsinin şahidi olmuşuq. Lakin hər dəfə məğlub olublar. Çünki Azərbaycan öz inkişafı, müstəqil dövlət kimi söz və nüfuz sahibinə çevrilməsi ilə antiazərbaycançı dairələrin bütün planlarını alt-üst edir, onlara sarsıdıcı zərbələr endirir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM