24 May 2019 02:30
565
SİYASƏT
A- A+

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Eldar Əzizov əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında ulu öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına park haqqında məlumat verib.

Sonra Eldar Əzizov Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyyə İnstitutuna gəlib. Eldar Əzizov qeyd edib ki, dövlətimizin başçısının birbaşa göstərişi ilə Milli Qəhrəmanın müalicəsi nəzarət altında saxlanılır. Azərbaycan dövləti hər zaman milli qəhrəmanlarımıza, şəhid ailələrinə, vətən uğrunda döyüşən hər bir vətəndaşına xüsusi qayğı ilə yanaşır, yardım edir.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video