Alternative content

15:49 17 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
01:35 15.06.2019 Əsrə bərabər gün
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:29 24.05.2019


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da "Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb, tədbirlər planı təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: "Naxçıvan Muxtar Respublikasının həyatında "Duzdağ” Fizioterapiya Mərkəzinin xüsusi rolu vardır. Ötən 40 ildə mərkəz uğurla fəaliyyət göstərmiş, kollektiv formalaşmışdır. Sovetlər birliyi dövründə şəraitin olmaması həm müalicə alan xəstələr, həm də kollektiv üçün çətinliklər yaradırdı. Lakin müstəqillik illərində "Duzdağ” Fizioterapiya Mərkəzi yenidən qurularaq müasir səhiyyə müəssisəsinə çevrilmişdir. 50 çarpayı ilə fəaliyyətə başlayan mərkəzdə hazırda 500-ə yaxın xəstə eyni vaxtda müalicə alır. Hər il 4 minə yaxın insan mərkəzə müraciət edir. Vaxtilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan mərkəz bu gün publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Kollektiv işini düzgün qurmuş, "Duzdağ” Fizioterapiya Mərkəzi muxtar respublikanın brendinə çevrilmişdir”.

Ali Məclisin Sədri deyib: "Duzdağ” Fizioterapiya Mərkəzi bu gün muxtar respublikanın tanıdılması və təbliğində mühüm rola malikdir. Çünki təbii sərvətimiz olan duzdan həm məişətimizdə geniş istifadə olunur, həm də duz şaxtalarında yaradılmış səhiyyə müəssisəsi insanlara şəfa verir. Dünyanın müxtəlif ölkələrindən mərkəzə müraciət edən insanlar hərtərəfli müalicə almaqla yanaşı, eyni zamanda Naxçıvanı da təbliğ edirlər. Bu da turizmin inkişafına töhfədir. Ölkələr adətən turizmin bir sahəsi üzrə ixtisaslaşırlar. Lakin bu gün Naxçıvan Muxtar Respublikasında turizmin müxtəlif növləri, o cümlədən sağlamlıq turizmi inkişaf edir. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası başa çatdıqdan sonra isə bu sahədə imkanlar daha da genişlənəcəkdir. Ona görə də təbii sərvətlərimizdən səmərəli istifadə edilməli, onlar elmi şəkildə öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır”.

Ali Məclisin Sədri mərkəzin fəaliyyətinin genişləndirilməsinin daim diqqətdə saxlanılacağını bildirib, yubiley münasibətilə kollektivi təbrik edib və işlərində uğurlar arzulayıb.

Sonra təltiflər təqdim edilib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 22 may tarixli sərəncamına əsasən "Duzdağ” Fizioterapiya Mərkəzinin əməkdaşlarından 1-i "Əməkdar həkim”, 2-si "Əməkdar tibb işçisi”, 3-ü "Rəşadətli əməyə görə” nişanı, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva isə "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri fəxri adları və nişanları təqdim edib.

Təltif olunanlardan Darçın Eyvazova, Leyla Vəliyeva, Təranə Əliyeva, Sevda Həsənova və Zəminə İbrahimova minnətdarlıq edərək deyiblər ki, "Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin qeyd olunması əlamətdar hadisədir. Bu münasibətlə təltif olunmağımız isə məsuliyyətimizi ikiqat artırır. Təltif olunanlar göstərilən etimadı layiqincə doğruldacaqlarına söz veriblər.

Sonda xatirə şəkli çəkdirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM