24 May 2019 02:28
1121
Mədəniyyət
A- A+

Nizami Kino Mərkəzində “Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub


Mayın 23-də Nizami Kino Mərkəzində "Azanfilm” studiyasının istehsalı olan "Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Təqdimatı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq gənc rəssam Məryəm Ələkbərlinin fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur "Balaca şahzadə” əsərinə həsr edilmiş 30-a yaxın rəsm əsərinin olduğunu və dünyanın bir çox nüfuzlu sərgi salonlarında bu əsərlərin nümayiş etdirildiyini diqqətə çatdırıb. Bu əsərlərin təsiri altında həmin bu animasiya filmi ərsəyə gəlib. Animasiya növü yaradıcı insanın xəyallarını canlandırmağa geniş imkanlar açır.

Məryəm Ələkbərlinin zəngin rəssamlıq dünyasından söhbət açan xalq yazıçısı Elçin Əfəndiyev bildirib ki, animasiya filminin qəhrəmanı ilə Məryəmin mənəvi aləmi üst-üstə düşür. "Balaca şahzadə” dünya uşaq ədəbiyyatının klassik nümunəsidir. Bu filmin yaranmasının əsas səbəbi bu bağlılıq olub. Film üzərində çox istedadlı yaradıcı kollektiv çalışıb və ekran əsəri yeni texnologiyalar əsasında il yarım ərzində ərsəyə gəlib.

"Azanfilm” studiyasının direktoru Mansur Şəfiyev cizgi filmi barədə məlumat verib. Bildirib ki, cizgi filminin ideya müəllifi xalq yazıçısı Elçin Əfəndiyev, prodüseri Müşfiq Hətəmov, rejissoru Arif Məhərrəmovdur. Filmin çəkilişlərində Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında 2014-cü ildə istehsal olunan "Sirr” filminin materiallarından istifadə edilib.

Sonra animasiya filmi nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video