Alternative content

16:06 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:27 24.05.2019


Mayın 23-də Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun (DBİQ) toplantısı işə başlayıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədi, islahatlar dövründə dövlət borcunun idarə edilməsi və auditi mövzusunun hər bir ölkə üçün aktuallığından danışıb, ölkələr arasında dövlət auditi sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Qeyd edib ki, Azərbaycan Hesablama Palatası da daxil olmaqla 28 ölkənin heyətinin və bu heyətin birləşdirdiyi 55 nümayəndənin iştirakı məhz dövlət borcunun auditinin keyfiyyətinin yüksəldilməsi məsələsinin diqqətdə olduğunu göstərir. Tədbirin INTOSAI çətiri altında keçirilməsi ikitərəfli və çoxtərəfli əməkdaşlığın güclənməsinə təkan verir.

Filippin Audit Komissiyasının və INTOSAI-ın Dövlət Borcu üzrə İşçi Qrupunun sədri Maykl Aquinaldo çıxışında çoxtərəfli və ikitərəfli əməkdaşlığın ali audit qurumlarının fəaliyyətində rolundan danışıb, İşçi Qrupunun fəaliyyəti haqqında hesabat təqdim edib.

Sonra INTOSAI Dövlət Borcu üzrə İşçi Qrupunun yeni üzv ölkələri və onları təmsil edən nümayəndələr təqdim olundu.

Dünya Bankının Borcun İdarə edilməsi Ofisinin (DMF) meneceri və baş təhlilçisi Li Hakim, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) nümayəndəsi Stefani Blankenburq, ADA Universitetinin müəllimi Elçin Rəşidov mövzu ilə bağlı təqdimatla çıxış etdilər.

Qeyd edək ki, 25 il ərzində INTOSAI Bilik Mübadiləsi Komitəsinin nəzdində fəaliyyət göstərən və 34 üzv Ali Audit Qurumundan ibarət olan İşçi Qrupuna sədrliyi 2017-ci ildə Filippin Audit Komissiyası öz üzərinə götürüb.

Mayın 25-dək davam edəcək toplantıda Dövlət Borcu üzrə İşçi Qrupunun Katibliyinin hesabatlarının, 2020-2022-ci illər üçün İşçi Qrupunun iş planının, 2018-ci ilin oktyabr ayında keçirilmiş sorğu nəticələrinin xülasəsinin, Dövlət Borcu Auditinin məlumat bazası üzrə ekspertlər şəbəkəsinin çıxışları, iş planındakı tədbirlər üzrə tapşırıq qruplarının tərkibinin müəyyən edilməsi, 2017-2019-cu illər üzrə iş planı və veb-səhifəsinin müzakirəsinin dinlənilməsi nəzərdə tutulur.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM