24 May 2019 02:26
653
İQTİSADİYYAT
A- A+

Daha 5 rayonda torpaqların elektron kadastr uçotu işləri tam yekunlaşıb


Ölkənin torpaq balansı dəqiqləşir, regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, o cümlədən torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Nəticədə vətəndaşlara məxsus torpaqların sahəsi bilinir, torpaq istifadəçiliyi ilə bağlı düzgün qərarlar qəbul edilir. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin apardığı torpaqların elektron kadastr uçotu nəticəsində reallaşır.

Cari ilin birinci rübündə daha 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri tamamlanıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. Onların 26-da layihənin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatları keçirilib. Həmçinin 15 rayonun məlumatları sistemə tam daxil edilib və praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib.

Torpaqların elektron kadastr uçotu işləri zamanı kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət də müəyyənləşir. 2019-ci ilin ilk rübündə 40 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıb. Ümumilikdə isə 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib.

Torpaqların keyfiyyət göstəriciləri laboratoriya vasitəsilə müəyyənləşir. Cari ildə 2,5 milyon hektar ərazinin torpaq nümunələri laboratoriya şəraitində analiz olunub.

Bunlarla yanaşı, indiyədək 455 bələdiyyə xəritəsi hazırlanaraq təsdiq üçün həmin rayonların icra hakimiyyətlərinə təqdim olunub, 308 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılaraq, Prezident Administrasiyasına təhvil verilib.

Ümumiyyətlə, torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video