Alternative content

07:01 23 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşıqlı gələcəyə aparan inamlı addımlar
İşıqlı gələcəyə aparan inamlı addımlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:23 24.05.2019


Cəmiyyətin inkişafında, təşəkkül tapmasında, daim uğurlar qazanmasında gəncliyin rolu əvəzsizdir. Bu gün böyüməkdə olan gənc nəslin düzgün istiqamətdə tərbiyə olunması, sabahkı həyata hazırlanması, ürəkaçan uğurlar əldə etməsi ölkə rəhbərinin daxili və xarici siyasətində önəmli yer tutur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və genişləndirilib şaxələndirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Gənclik böyük qüvvədir, cəmiyyətin güc mənbəyidir, dinamikasıdır. Hazırda Azərbaycan gəncliyinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi dövlətimizi daha da möhkəmləndirir, xalqın ölkə rəhbərinə olan inamını, dəstəyini daha da artırır. Respublikada gənclər siyasəti illərdir ki, dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Dövlətin göstərdiyi qayğı nəticəsində ölkə gəncləri bu gün daha parlaq gələcəyə doğru inamla addımlayırlar.

Cəmiyyətimizin ən fəal təbəqəsi olan gənclərin, xüsusilə orduda xidmət edən gənclərin ölkə rəhbəri ətrafında bir araya gəlməsi dövlətin gələcəyi baxımından böyük rol oynayır. Yaxın günlərdə xidməti vəzifələrini yerinə yetirərək ordu sıralarından tərxis olunmuş gənclərlə görüşüb söhbət edərkən bir daha əmin olduq ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyir.

Xidməti vəzifəsini layiqincə yerinə yetirib böyük qürurla valideynlərinin yanına qayıdan gənc Mətləb Rüstəmov dedi ki, Vətənə xidmət etmək, torpaqlarımızın keşiyində dayanmaq müqəddəs vəzifədir. Xidmətdə olduğum müddət ərzində həm efir, həm də mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görüş və çıxışlarını izləyirdim. Ölkəmizin rəhbəri cəmiyyətin inkişafında, dövlətin möhkəmlənməsində gənclərə güvənir, onlara böyük önəm verir. Biz də Prezidentimiz ətrafında sıx birləşərək, onun xarici və daxili siyasətini dəstəkləyirik. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının, həmçinin digər fərman və qərarların verdiyi imkanlardan respublikanın bütün gəncləri kimi, ordu gəncləri də bəhrələnir və Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edərək ölkə rəhbərliyinin onlara göstərdiyi etimadı doğruldurlar. Prezidentimiz bu il gənclərin forumunda proqram xarakterli çıxışında ordu gənclərinə böyük dəyər və qiymət verərək demişdir: "...Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclər olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin əksəriyyəti gənclərdir”. Bizlərə böyük önəm verdiyinə görə bütün gənclər adından ölkə rəhbərinə minnətdarlığımı bildirirəm. Qürurla və tam inamla deyirəm ki, biz Prezident İlham Əliyevin gənclər siyasətini dəstəkləyir, dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsi, yurdumuzun qorunması üçün onun bütün göstəriş və sərəncamlarını yerinə yetirməyə həmişə hazırıq.

Həmsöhbət olduğum gənc Sənan Rəşidli də ordu sıralarından yenicə qayıdıb. Sənan xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib. Əldə silah torpaqlarımızın keşiyində dayanıb, yurdumuzu erməni işğalçılarından qoruyub. Mülki həyata yenicə qədəm qoymuş Sənan Rəşidli Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətindən, gənclərə göstərdiyi diqqət və qayğıdan ürəkdolusu danışdı:

- Düşünürəm ki, Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin, yeni dövrün başlanğıcını qoyub. Biz daim şahidi oluruq ki, gündən-günə cəmiyyətdə gənclərin rolu, nüfuzu artır. Bütün bunlar isə yaxın gələcəkdə qazanılacaq uğurlardan, qələbələrdən xəbər verir. Ölkə rəhbəri gənclərin böyüməsində, tərbiyə olunmasında milli dəyərlərimizə böyük önəm verərək deyib: "...Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər”. Prezidentimiz, həmçinin biz gənclərə inanır, güvənir və məhz buna görə də qarşımızda çox mühüm vəzifələr qoyaraq deyir: "Sizin üçün başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Gənclər, mən sizə inanıram, güvənirəm”. Göründüyü kimi, Prezidentimiz biz gənclərə inanır və bizim cəmiyyətdə daha fəal olmağımızı, dövlətimizin daha da inkişaf edib möhkəmlənməsində iştirakımızı mühüm bir vəzifə kimi qarşımıza qoyur. Biz gənclər isə dövlət başçısının qarşımıza qoyduğu bu mühüm vəzifələri yerinə yetirmək üçün Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşəcək, müstəqilliyimizi daha da möhkəmlədəcək və ölkəmizi inkişaf etdirəcəyik. Gənclik böyük qüvvədir. Biz bu böyük qüvvəmizlə daim Prezidentimizə dəstək olmalı, bir vətəndaş kimi xalq və Vətən qarşısında məsuliyyətimizi hər an, hər dəqiqə hiss etməliyik.

Parlaq gələcəyimizin təminatçısı olan Azərbaycan gəncləri müstəqilliyimiz naminə bütün güclərini səfərbər edir, dövlətimizin, dövlətçiliyimizin inkişafı üçün var qüvvələri ilə çalışır, yürütdüyü aydın, dəqiq, uzaqgörən siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Vahid MƏHƏRRƏMOV



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM