23 May 2019 23:08
739
İDMAN
A- A+

Atçılıq üzrə cıdır yarışlarının növbəti mərhələsi keçirilib


Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin hippodromunda növbəti cıdır yarışlarına start verilib.

ARAF-dan AZƏRTAC-a bildiriblər ki, gərgin idman mübarizəsi şəraitində keçən yarış dörd kateqoriyadan ibarət olub. Üç yaşlı ərəb atlarının 1200 metr məsafəyə qaçışında ilk iki pilləni "Günay” Atçılıq İdman Klubunun (AİK) "Şiraz” və "Qraf”, üçüncü yeri isə Rafim Əsgərovun "Renessans-Tersk” ləqəbli atları tutublar.

Turnirdə 1600 metr məsafəyə qaçışda dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışıblar. Bu yarışda "Xan-Xan” AİK-in "Dağlar” ləqəbli atı birinci, Ramiz İbrahimovun "Pəri” ləqəbli atı ikinci olub. "Sərhədçi” AİK-in "Qaradağ”, Allahverən Əliyevin "Laləzar” ləqəbli atları isə üçüncü və dördüncü yerlərdə qərarlaşıblar.

1800 metr məsafəyə qaçış üzrə üçüncü yarışda dörd və daha yuxarı yaşlı Qarabağ və Dilbaz atları iştirak edib. Yarışda "Xan-Xan” AİK-in "Dağlar” ləqəbli atı finiş xəttinə birinci çatıb. "Sərhədçi” AİK-in "Qaradağ” və "Qoşqar” ləqəbli atları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Mövsümün ikinci cıdır yarışının sonuncu qaçışında dörd yaşdan yuxarı ingilis atlarının 1800 metr məsafədə gücləri sınanıb. Bu yarışda ilk dörd pillənin üçündə "Omar” AİK-in "Atilla” (I yer), "Mr.Tornado” (II yer) və "Omar” (IV yer) ləqəbli atları qərarlaşıblar. Elşən Ənsərovun "Caspian Surf” ləqəbli atı isə üçüncü olub.

Yarışın ümumi mükafat fondu 11,2 min manat təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video