Alternative content

01:14 24 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:43 24.08.2019 Mütərəqqi nümunə
00:41 24.08.2019 Səngəçal terminalı
00:37 24.08.2019 Bir bağbanın hekayəsi
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:55 23.05.2019

Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Karsın başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış yaşayış məhəlləsində olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Rövşən Rzayev qonaqlara zəruri texniki infrastrukturla təchiz olunmuş yaşayış məhəlləsi haqqında məlumat verib. Ölkəmizdə aparılan hərtərəfli islahatlardan və əldə edilən sosial-iqtisadi uğurlardan söz açan komitə sədri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirdiyini, bununla bağlı konkret fəaliyyət proqramının həyata keçirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həmin kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına, onlar üçün yeni yaşayış sahələrinin inşa edilməsinə, məşğulluq və sağlamlıq məsələlərinə böyük qayğı göstərdiyini bildirib.

Qeyd edilib ki, qonaqlar qəsəbədə yaşayan məcburi köçkünlərlə görüşüb, burada fəaliyyət göstərən 188 yerlik məktəblə tanış olub, siniflərin birində ingilis dili dərsinin gedişini izləyiblər. Məcburi köçkün ailələrdən birinin mənzilinə baş çəkən almaniyalı deputatlar ailə üzvləri ilə söhbətləşiblər.

Nümayəndə heyətinin rəhbəri Yohannes Kars bildirib ki, onlar bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinin əhəmiyyətindən danışan qonaqlar Azərbaycandakı alman irsinə xüsusi diqqət göstərilməsini yüksək qiymətləndiriblər. Bundan başqa, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin təqdirəlayiq olduğu bildirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM