23 May 2019 19:37
490
SİYASƏT
A- A+

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə 26 iyun - Silahlı Qüvvələr Gününədək davam etdiriləcək "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində UNEC-də, eləcə də Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində "Heydər Əliyev və Azərbaycan Ordusu”, "Azərbaycanda ordu quruculuğunun İlham Əliyev mərhələsi”, "Azərbaycanda ordu quruculuğunun aktual məsələləri” mövzularında mühazirələr oxunacaq. Həmçinin "Ordumuz qürurumuz, xalqımız dayağımız”, "Hər şey Ordu üçün, hər şey Qələbə üçün!”, "Müsəlləh əsgərəm mən də bu gündən”, "Vətənin polad sipəri - Azərbaycan əsgəri” adlı kütləvi vətənpərvərlik tədbirləri, əsgər, zabit və kursantlarla görüşlər, "dəyirmi masa”lar, filmlərin nümayişi, kitabların müzakirələri təşkil olunacaq. Bununla yanaşı, cəbhəboyu zonalarda, ön xətt bölmələrində universitetin müəllim və tələbələri polad dəbilqə, əsgər libası geyinərək igid Vətən müdafiəçiləri ilə birlikdə rəmzi döyüş növbəsində dayanacaq, şəxsi heyətin mədəni-asudə vaxtının səmərəli təşkilində yardımçı olacaqlar.

Artıq UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti qəbul edilərək nəfis kitabça şəklində çap olunub. Hər bir əsgərə paylanacaq bu cib kitabçaları Azərbaycan əsgərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da yüksəldəcək, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artıracaq, Ali Baş Komandanın əmrlərinə hər an hazır Azərbaycan əsgərinə mənəvi dəstək olacaq.

Döyüşlərdə, təlimlərdə və hərbi xidmətdə fərqlənən hərbi qulluqçular üçün xüsusi sovqatlar, mükafatlar və döş nişanları da hazırlanıb. Hərbi hissə kitabxanalarına kitab dəstləri, zəruri təşviqat vasitələri hədiyyə ediləcək.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin başa çatdığı gün – mayın 24-də UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun başçılığı ilə aksiya iştirakçılarının ilk qrupu respublikanın qərb bölgəsinə yola düşəcək. Cəbhəboyu bölgədə xidmət keçən Azərbaycan Ordusunun döyüşçülərini bir-birindən rəngarəng vətənpərvərlik tədbirləri, maraqlı görüşlər gözləyir.

"Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının birinci qrupunu Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müşayiət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video