Alternative content

20:01 19 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnterpol 50 uşağı cinayətkarların əlindən aldı
İnterpol 50 uşağı cinayətkarların əlindən aldı
ANA SƏHİFƏ / DÜNYA
17:13 23.05.2019


İnterpolun Tailand, ABŞ və Avstraliyada keçirdiyi "Blackwrist” adlı beynəlxalq əməliyyat uşaqlara qarşı seksual zorakılıq törədən cinayətkarları yaxalamağa imkan vermişdir. Bu barədə təşkilatın bəyanatında məlumat verilmişdir.

Qeyd olunur ki, cinayətkarların birinin üstündə olan qolbaqdan adını almış əməliyyata start 2017-ci ildə verilmişdir. O vaxt İnternetin kölgə seqmentində təxminən 63 min abunəçinin olduğu sayt aşkar edilmişdir. Uzun müddət orada uşaqlar – 13 yaşınadək oğlanlara qarşı zorakılıqla bağlı yeni materiallar müntəzəm şəkildə peyda olmuşdur. Cinayətkarların ilk qurbanlarının şəxsiyyətlərini 2017-ci ilin noyabrında müəyyənləşdirmək mümkün olmuşdur. Bundan iki ay sonra isə Tailand və Avstraliyada cinayətkarlar saxlanmışdır. Cinayətkarlar həm də ABŞ-da tapılmışdır.

İnterpolun əməliyyatı zamanı 50 uşağı xilas etmək mümkün olmuşdur. Təxminən 100 uşağın axtarışı davam edir. Cinayətkarlara gəldikdə isə, Tailandda saxlanmış saytın inzibatçısı Montri Salanqam 146 il həbs cəzası almışdır. Saxlanılanlardan daha ikisi müvafiq olaraq 36 və 40 il müddətinə azadlıqdan məhrum edilmişdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM