23 May 2019 13:16
548
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb


Fransaya işçi səfəri çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov fransalı həmkarı Didye Giyom ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə hər iki ölkədə kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasının prioritet olduğu bildirilib.

Nazir İnam Kərimov qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir. O, Azərbaycanda bu sahədə yaradılan hərtərəfli şəraitdən danışıb. Bildirib ki, aqrar sahəyə yüksək dövlət dəstəyi mövcuddur. Fermerlərə güzəştlər edilir, subsidiyalar, kreditlər verilir. Bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu aqrar siyasətin nəticəsində həyata keçirilir.

Nazir Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro” sərgisi haqqında ətraflı məlumat verərək, Fransanı gələn il bu sərginin fəxri qonağı qismində iştirak etməyə dəvət edib. Fransanın kənd təsərrüfatı üzrə fəaliyyət göstərən sahibkarlarını Azərbaycanda mövcud liberal bazardan faydalanaraq daha fəal olmağa çağırıb.

Fransalı nazir Didye Giyom bildirib ki, gələn il "Caspian Agro” sərgisində məmnuniyyətlə iştirak etmək istəyir və ölkəsinin kənd təsərrüfatı sahibkarlarının ölkəmizlə əməkdaşlığının möhkəmlənməsində maraqlıdır. O qeyd edib ki, ölkəsi heyvandarlıq, İKT, üzümçülük, kənd təsərrüfat texnikaları sahəsində Azərbaycana kömək etməyə hazırdır. İyun ayında Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibində kənd təsərrüfatı şirkətlərinin də olacağı diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video