Alternative content

16:08 18 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:05 23.05.2019

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında bu ölkədə akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti və ölkəmizin Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dad Planeti” qastronomiya tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransada akkreditə olmuş 15 ölkənin - Almaniya, Avstriya, ABŞ, Kanada, Bolqarıstan, İsveçrə, Macarıstan, Litva, Estoniya, Sloveniya, Malta, Niderland, Finlandiya və İrlandiyanın səfirlikləri qastronomiyalarını təqdim ediblər.

Səfir Rəhman Mustafayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, kənd təsərrüfatı və milli qastronomiya sahələri hər bir millətin mədəniyyətinin təcəssümüdür. Kənd təsərrüfatının iqtisadiyyatımızın şaxələndirilməsi strategiyasının prioritet sahələrindən olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz tarixən müxtəlif dinləri və mədəniyyətləri özündə birləşməsi ilə fərqlənib. Azərbaycanın çox zəngin tolerantlıq və multikulturalizm ənənələri var. O, Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən söz açıb.

Azərbaycanın Kənd təsərrüfatı nazir İnam Kərimov "Dad Planeti”nin əhəmiyyətinə toxunaraq onun dostluq, sülh və həmrəylik mesajlarını təşviq etdiyini bildirib. Tədbirin diplomatlar tərəfindən təşkil edilməsini təqdirəlayiq addım olduğunu, fransız aşpazı Oqust Eskofyenin "mətbəx sənəti diplomatiyanın bəlkə də ən yararlı formasıdır” maksimini xatırladıb. O, Azərbaycanın zəngin mətbəxi haqqında məlumat verərək dolma və lavaş hazırlama və paylaşma ənənəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edildiyini vurğulayıb.

Fransa Kənd Təsərrüfat Nazirinin kabinet rəhbəri Beatris Fresenon və Avstriya səfirinin müşaviri, Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının sədri Dieter Beisteiner isə tədbirin əhəmiyyətindən danışıblar.

Tədbirdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarını, milli təamlarımızı təqdim ediblər. Kiçik və orta biznes subyektlərinin istehsal etdiyi mürəbbələr, meyvə qürurları və şirələri, şərablar, çay, paxlava, şəkərbura, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş yarpaq dolması, səbzili plov, pomidor dadına və keyfiyyətinə görə tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın kənd təsərrüfat məhsullarının yüksək səviyyədə qablaşdırılması da rəğbətlə qarşılanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM