Alternative content

14:16 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
16:02 24.08.2019 Yaponiyada zəlzələ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
ANA SƏHİFƏ / SİYASƏT
09:59 23.05.2019
ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının 101-ci ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil olduğu qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 28 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Cənubi Karolinada və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Qubernator MakMaster imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Cənubi Karolina ştatında Azərbaycan Günü elan edir, Azərbaycan Respublikasına ən xoş arzularını çatdırır, ABŞ-da və dünyada yaşayan azərbaycanlıları bu bayramı qeyd etməyə çağırır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM