Alternative content

01:13 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyevin sənayeləşmə siyasəti real nəticələr verir
İlham Əliyevin sənayeləşmə siyasəti real nəticələr verir
ANA SƏHİFƏ / SİYASƏT
01:11 23.05.2019


Təkcə cari ilin 4 ayında sənayenin qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb


Məlum olduğu kimi, son dövrlər ölkədə aparılan iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafına nail olmaqdır. Sənaye müəssisələrinin yaradılması da həmin məqsəddən irəli gəlir. Bu həm də sənaye müəssisələrinin istehsal təyinatının və coğrafiyasının ildən-ilə genişlənməsi deməkdir.

Ölkədə hazırda 5 sənaye parkı fəaliyyət göstərir. Bu parklardakı müəssisələr kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələri üzrə ixtisaslaşıb. Yəni həmin növ məhsullara daxili tələbat yerli istehsal hesabına təmin olunur, ixracdan asılılıq azalır, üstəlik, ixrac edilərək ölkəyə valyuta gətirilir. Sənaye parklarının fəaliyyətə başlaması məşğulluq probleminin həllinə də töhfə verir. Hazırda fəaliyyət göstərən həmin müəssisələrdə 9 min nəfər işlə təmin olunub.

Sənayeləşmənin həyata keçirilməsində digər forma sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin də fəaliyyətə başlaması həm yerli istehsalı artırır, həm də əhalinin məşğulluğunun təmin edilməsinə imkan yaradır. Hazırda Neftçala, Masallı və Sabirabadda sənaye məhəllələri fəaliyyət göstərir. Hacıqabul Sənaye Məhəlləsində isə geniş tikinti işləri aparılır və onun yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilir.

Həyata keçirilən sənayeləşmə siyasətinin konsepsiyası elmi əsaslarla hazırlanır. Əvvəlcədən hesablanır ki, hansı müəssisə harada yaradılacaq və xammal kimi hansı məhsuldan istifadə ediləcək.

Bunun nəticəsidir ki, bir çox sənaye müəssisələrinin fəaliyyətə başlaması digər sahələrin inkişafına təkan verir. Məsələn, Mingəçevir Sənaye Parkındakı iplik istehsalı müəssisəsi aqrar sektor üçün məhsul satmaq imkanı yaradıb. Yəni fermerlər istehsal etdikləri məhsulun bazarda alıcısının olmasından əmindirlər.

Bu isə kəndlinin daha çox məhsul istehsal etməyini stimullaşdıran amillərdən biridir. Prezident İlham Əliyev ölkədə həyata keçirilən sənayeləşmə siyasətinə xüsusi önəm verdiyini bildirərək demişdir: "Sənayemizin inkişafı sayəsində həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq.

Bu, sənayemizin inkişafına verilən töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar.

Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək”.

Son 15 ildə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 250 milyard dollar sərmayə yatırılıb ki, bunun da nəticəsində ölkə üzrə ümumi daxili məhsul istehsalı 3,3 dəfə, o cümlədən qeyri-neft sektorunda məhsul istehsalı 2,8 dəfə, sənaye potensialımız 2,6 dəfə artıb. Keçən il isə qeyri-neft sənayemiz 9,1 faiz yüksəlib.

Qeyri-neft sektorunun inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində 2014-2018-ci illərdə bu sektorda 8, qeyri-neft sənayesində 32 faiz artım qeydə alınıb. Həmin dövrdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihələrinə 1 milyard manatdan çox güzəştli kredit verilib. Bu vəsaitin 79 faizi aqrar sektorun, 21 faizi müxtəlif sənaye və digər emal sahələrinin inkişafına yönəldilib. Həyata keçirilən islahatlar sayəsində qeyri-neft sektorunun inkişafı ölkədə məhsul istehsalının ildən-ilə artmasını təmin edir. Bunun nəticəsidir ki, cari ilin 4 ayında qeyri-neft sektorunda 15 faizdən çox artım qeydə alınıb. Ölkədə qeyri-neft sektorunun inkişafı sayəsində təkcə cari ilin yanvar-mart aylarında 415,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə 10,9 faiz çoxdur.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM