Alternative content

01:11 16 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
04:41 15.09.2019 Zəfər günü
04:32 15.09.2019 Bir sinfin qalibləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İlham Əliyev bizə yeni həyat verdi”
“İlham Əliyev bizə yeni həyat verdi”
ANA SƏHİFƏ / SİYASƏT
01:10 23.05.2019


Şamaxıda zəlzələdən evi qəzalı vəziyyətə düşmüş 32 ailə Prezidentin göstərişi ilə yenidən tikilən tam təmirli mənzillərə köçməyə hazırlaşır


Şimal bölgəsində baş verən təbii fəlakətdən 3 aydan artıq vaxt keçir. Fevralın 5-də baş vermiş 5,3 ballıq zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində zərərçəkmiş rayonlarda - Şamaxı, Ağsu və İsmayıllıda tikinti-quruculuq işləri davam etdirilir.

Prezident İlham Əliyevin göstərişinə əsasən, evləri qəzalı durumda olan sakinlər üçün yeni mənzillər tikilir. Şamaxı rayonunda isə fərdi evlərlə yanaşı, sürüşmə zonasında yerləşən və bərpası mümkün olmayan mənzillərin sakinləri üçün rayon mərkəzində yeni 4 mərtəbəli yaşayış binası tikilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası tərəfindən hər 3 rayonda tikinti-quruculuq işləri aparılır. Görülən işlərin gedişatı ilə maraqlanmaq üçün üz tutduğumuz Şamaxı rayonunda da tikinti bumunun şahidi olduq.

FHN-nin xüsusi komissiyasının rəhbəri Kamran Əliyevlə söhbətimiz zamanı bəlli olur ki, hazırda rayonda 286 qəzalı mənzil var və həmin mənzillərin sökülməsi ilə bağlı qərar verilib. Ancaq kənd və qəsəbələrdən müraciətlər hələ də daxil olmaqdadır.

Kamran Əliyevin sözlərinə görə, komissiyaya Şamaxı üzrə 5695 müraciət daxil olub və bu müraciətlər əsasında 5684 mənzilə baxış keçirilib. Müəyyən edilib ki, Şamaxıda 110-u şəhər, 176-sı kənd və qəsəbələr olmaqla 286 qəzalı mənzil və ya ev mövcuddur. 1295 mənzilin isə bərpasına və gücləndirilməsinə ehtiyac var.

Tikinti işlərində səngimə yoxdur. Ev sahibləri də görülən işlərə nəzarət edirlər. Hazırda rayonda 116 ev tamamilə sökülüb, 38 evin inşası davam edir. Bunlardan 32 mənzildə son tamamlanma işləri görülür.

Sakinlər üçün tikilən yeni mənzillər əvvəlkinin sahəsinə uyğun inşa edilir. Əgər köhnə evin otaqlarının ümumi sahəsi 90 kvadratmetrə qədər olubsa yerində ikiotaqlı, 90-dan 130 kvadratmetrə qədərdisə üçotaqlı, 150 kvadratmetrdən çox olubsa dördotaqlı mənzillər tikilir. Hamam kompleksi isə vətəndaşların istəyinə uyğun ya mənzilin daxilində, ya da həyətdə tikilir. Yeni mənzillər 9 bal gücündə zəlzələyə davamlı olacaq. Rayon mərkəzindəki Şəhriyar, Fələki, Təbriz, Salman Mümtaz, Azadlıq, Vidadi və Səttar Bəhlulzadə küçələrində tikilən mənzillərdə son tamamlama işləri görülür.

Şəhriyar küçəsində yerləşən 40 saylı evdə demək olar ki, əsas işlər görülüb. Xəyalə Əbdürrəhmanovaya məxsus 110 kvadratmertlik 3 otaqlı fərdi yaşayış evyaxın zamanlarda təhvil veriləcək. Mənzildə son tamamlama işləri görülür. Bir neçə gündən sonra Əbdürrəhmanovlar ailəsi yeni mənzil sevincini yaşayacaqlar.

Salman Mümtaz küçəsindəki 31 saylı mənzilin sahibi Vahid Şıxıyev hər gün ustaların yanında olmaqla tikinti prosesinə nəzarət edir. "Zəlzələ bizə çox ağır təsir göstərdi. Evimizin divarları tamamilə dağılmışdı. 1955-ci ildə tikilmiş ev idi. Amma Prezident İlham Əliyev bizə böyük dayaq oldu. İndi köhnə evimizin yerində daha möhtəşəm mənzil tikilib. Bir neçə gündən sonra bu mənzildə yeni həyatımız başlayacaq. Tanrı Azərbaycan Prezidentini qorusun! Çətin günlərdə insanlara dəstək olduğu üçün xalq da dövlət başçısına güvənir, inanır. Biz bu yaxşılığı heç zaman unutmarıq”.

Digər evin sahibi, Vidadi Məmmədov küçəsi 7 saylı mənzildə yaşayan Mailə Quliyeva da çox sevinclidir. Prezidentin göstərişi ilə Mailə xanım üçün 70 kvadratmetrlik 2 otaqlı mənzil inşa olunur.

Bu bizim Mailə xanımla ikinci görüşümüz idi. Zəlzələ baş verəndən sonra onun dağılmış mənzilinə baş çəkmişdik. Həmin zaman ağbirçək ananın simasında zəlzələnin həyəcanı hələ də hiss olunurdu. Amma bu gün vəziyyət ürəkaçandır: "Zəlzələ mənim ömrümdən aldı. Nəvələrimi qorumaq üçün masanın altında gizləndik. Xoşbəxtlikdən heç nə olmadı. Şokda idim. Amma Prezident İlham Əliyevin Şamaxıya gəlişi bizə təsəlli oldu. Dövlət başçısı ilə görüşdüm və mənə dedi ki, narahat olma, daha möhtəşəm, daha yaxşı ev tikiləcək. Sanki sevincimdən ürəyim yerindən çıxırdı. Bir ana kimi Prezidentə minnətdaram. Bizi darda qoymadı. Harayımıza, imdadımıza yetişdi. Bizə göstərdiyi qayğını hər kəs gördü. Köhnə evlərimizin yerində əvvəlkindən daha yaxşısını tikdirdi. Prezidentimiz bizə yeni həyat verdi. Allah Prezidentimizi, xanımı Mehriban Əliyevanı qorusun, balalarını, nəvələrini gözlərinə çıraq eləsin. Azərbaycan xalqının dayağıdırlar. Hər zaman xalqın dar günündə özlərini yetirirlər. Hər kəs televizorda baxıb görür ki, Prezident xalqın yaxşı yaşaması üçün nələr edir”.

Evin daxili tamamlama işləri başa çatdıqdan sonra Mailə xanım yeni mənzilə köçəcək və nəvələri də nənələrinin təzə evində yay tətili keçirəcəklər.

Hazırda Şamaxının Salman Mümtaz, Səttar Bəhlulzadə, Vidadi, Hacı Məmmədov, Azadlıq küçələrində sökülən mənzillərin yerində yeni evlər tikilməkdədir. Mənzillər tezliklə sakinlərinə təhvil veriləcək.

Ümumiyyətlə, Şamaxı rayonu dağlıq ərazidə yerləşdiyindən zəlzələ zamanı dağıntılar rayonun müxtəlif hissələrində baş vermişdi. Hətta bəzi sürüşmə zonalarındakı mənzillər də ziyan çəkib ki, onların yenidən bərpası mümkün deyil. Ancaq dövlət bunu da nəzərə alıb. Prezidentin göstərişi ilə bərpası daha mümkün olmayan evlərin sahibləri üçün 4 mərtəbəli yaşayış binası tikilir. Yeni yaşayış binası 2 blokludur və 44 mənzildən ibarət olacaq.

Prezident İlham Əliyevin martın 7-də Şamaxıya səfəri çərçivəsində təməlini qoyduğu yaşayış binasında sürətli tikinti işləri gedir. Rayonun 20 Yanvar küçəsi ilə M.H.Şəhriyar küçələrinin kəsişməsində inşa olunan binadakı tikintiyə 60-a yaxın işçi qüvvəsi və xeyli sayda texnika cəlb edilib.

Tikinti üzrə mühəndis Eldəniz Həsənov deyir ki, digər fərdi evlər kimi, bu binada da bütün mənzillər zəruri infrastrukturla təchiz ediləcək. Mənzillərinin ümumi sahəsi 2947,2 kvadratmetr olan binada 1, 2 və 3 otaqlı mənzillər yerləşəcək. Binada 4 birotaqlı, 32 ikiotaqlı və 8 üçotaqlı mənzil olacaq. Hazırda binanın bir hissəsinin 3-cü, digər hissəsinin isə 2-ci mərtəbəsində beton-konstruksiya işləri görülür. Mühəndisin sözlərinə görə, sentyabr ayında tikinti işləri tam başa çatdırılacaq.

44 mənzilli yaşayış binasından başqa Prezident İlham Əliyevin göstərişi ilə Şamaxıda bərpası mümkün olmayan evlərin sakinləri üçün daha iki bina tikiləcək. Artıq növbəti binaların yeri də müəyyənləşib. Binaların biri 1 blokdan ibarət 5 mərtəbəli 20 mənzilli, digəri isə 5 mərtəbəli 110 mənzilli olacaq.

Göründüyü kimi, Şamaxıda sürətli tikinti-quruculuq işləri gedir. Müvəqqəti sığınacaqlarda məskunlaşdırılan sakinlər isə yeni mənzillərinə köçməyə tələsirlər. Tezliklə 32 ailə yeni mənzilinə qovuşacaqdır. Digər sakinlər də dördmərtəbəli binada yeni mənzillə təmin olunacaqlar. Bütün bunlar isə dövlətin, Prezident İlham Əliyevin vətəndaşlara münasibətinin, göstərdiyi diqqətin real təzahürüdür.

Rəşad BAXŞƏLİYEV,

Elçin ÇƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM