Alternative content

07:00 23 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan yeni vətəndaş müharibəsi astanasındadır
Ermənistan yeni vətəndaş müharibəsi astanasındadır
ANA SƏHİFƏ / SİYASƏT
01:09 23.05.2019


İşğalçı ölkədə repressiya maşını işə düşür


Ermənistanda baş verən son hadisələr bu ölkədə siyasi müstəvidə yeni qarşıdurmaların başlandığını göstərir. Belə görünür ki, Ermənistan hakimiyyətinin bütün qolları üzərində mövcud hakimiyyətin nəzarəti ələ almaq niyyəti ciddi müqavimətlə qarşılanacaq.

Xatırladaq ki, vəziyyətin gərginləşməsinə səbəb mayın 18-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğv edilməsi olub. O, zaminə buraxıldıqdan sonra baş nazir Nikol Paşinyanın çağırışı ilə Ermənistan üzrə bütün məhkəmələr bir neçə saat blokadada saxlanılıb. Artıq proses erməni cəmiyyətində qarşıdurmanın dərinləşdiyini göstərir.

Baş verənlər Ermənistan parlamentinin dünən keçirilən növbədənkənar iclasında da müzakirə predmeti olub. İclasda "İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan bildirib ki, baş nazirin ölkədə məhkəmələr üzərində nəzarəti ələ almaq niyyəti qəbuledilməzdir. Amma görünən odur ki, Paşinyan da geri çəkilmək niyyətində deyil.

"Jamanak” qəzetinin yazdığına görə, Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinə istefa ərizəsi yazmaları ilə bağlı təzyiq göstərmələri tapşırılıb. Hakimlərə daşınan və daşınmaz əmlakları ilə bağlı təzyiq edilməsi nəzərdə tutulub: "Ancaq hakimlər də mal-mülklərini öz adlarına sənədləşdirəcək dərəcədə sadəlövh deyillər”. Qəzetin yazdığına görə, Nikol Paşinyanın çağırışı əsasında könüllü olaraq tutduğu vəzifədən istefa verəcək bir neçə hakim tapmaq lazımdır.

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi də Nikol Paşinyanın məhkəmələrin giriş-çıxışını nəzarətə götürmək çağırışından narahatlığını ifadə edib. AŞPA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Yuliya Lovoşkina (Ukrayna) və Andrej Şirceljin (Sloveniya) yaydıqları bəyanatda məhkəmə orqanlarının qeyd-şərtsiz müstəqilliyi və siyasi aktorların müdaxiləsinin yolverilməz olduğu vurğulanıb: "Siyasi tərəfdaşlar qanunverici orqanlara təzyiq kimi qəbul edilə bilən fəaliyyət və bəyanatlardan uzaq durmalıdırlar”.

"1-in.am” saytı Ermənistanda hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyinə dair maraqlı yazı dərc edib. Qeyd olunur ki, Ermənistanda hadisələrin axarı burada ziddiyyət və qarşıdurmaların hələ yaxın perspektivdə sona çatmayacağını göstərir: "Baş nazir Nikol Paşinyan məhkəmənin Robert Koçaryan haqda qərarına sərt reaksiya verməklə Ermənistan inqilabının ikinci, ən önəmli mərhələsinə strat verildiyini bildirib. Görünür, baş nazir unudub ki, inqilabın ikinci mərhələsinin başlanmasına başqa xüsusda artıq start verilib. Bizə gerçəkliyə çevrilməkdən uzaq olan iqtisadi inqilab vəd edilib. Kənar adam Paşinyanın bəyanatları ilə tanış olarsa, təəssürat doğa bilər ki, bunun müəllifi ölkənin baş naziri deyil, inqilaba hazırlaşan müxalifət lideridir”.

Məqalədə qeyd olunur ki, Paşinyanın qalmaqallı mövqeyi bu planda nikbinlik üçün heç bir xüsusi əsas yaratmır: "Qeyd etmək gərəkdir ki, ombudsman, parlament və parlamentdən kənar müxalifət əsasən baş nazir Nikol Paşinyanın qalmaqallı yazısı barədə bəyanatlarla çıxış edib. Ermənistan prezidenti Armen Sarkisyan Ermənistan baş nazirinin məhkəmələrə giriş-çıxışı bağlamaq çağırışına etiraz edib. Məhkəmə sisteminin islahatına istənilən təşəbbüs alqışlanır, ancaq birmənalıdır ki, bu, leqal yolla, Konstitusiyanın ruhu və nöqtəsinə, Ermənistanın götürdüyü beynəlxalq öhdəliklərə uyğun olmalıdır. Paşinyan öz komandasının qeyri-məhdud hakimiyyətindən yararlanmır. O da aydındır ki, Koçaryanın cinayət məsuliyyətinə çəkilməsində ümummilli konsensus var, amma bu məsələ yenə də leqal yolla tənzimlənməlidir, yəni hakimiyyət şərait yaratmalıdır ki, 1 mart işi üzrə normal məhkəmə istintaqı baş tutsun. Əks halda 1 mart işi legitimsizləşə bilər, nəticədə Paşinyan istər-istəməz Koçaryanı siyasi dustağa və müxalifətin liderinə çevirər. Bu, Robert Koçaryan üçün çox dəyərli hədiyyə olar”.

Bütün bunlar bir daha Ermənistanda başlanan yeni anarxiyanın hələ uzun müddət davam edəcəyini göstərir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM