Alternative content

07:04 23 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır
DİN-in fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl addımlar atılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:06 23.05.2019


Daxili İşlər Nazirliyinin (DİN) "Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin müəllim-komandir heyəti, növbəti tədris kursunun məzunları və xidmətə yeni qəbul olunmuş dinləyicilər ilə görüş keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir R.Usubov Prezident İlham Əliyevin gənc kadrların hazırlanması və irəli çəkilməsi işinə hər zaman xüsusi önəm verdiyini, nitq və çıxışlarında bunun gələcəyimizi şərtləndirən mühüm amillərdən biri kimi vurğuladığını xatırladıb, tədbirin bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Nazir müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi proseslər, ölkədə yaranmış vətəndaş qarşıdurması, Ermənistanın təcavüzü, partiya mənsubiyyətinə, şəxsi münasibətlərinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz insanların qəbul edilməsi, kriminogen durumun nəzarətdən çıxması barədə danışıb, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq mühafizə fəaliyyəti ilə bağlı köklü hüquqi-demokratik islahatların həyata keçirildiyini, qanunvericilik bazasının yaradıldığını, cinayətkarlıqla qətiyyətli mübarizənin əsasının qoyulduğunu, sabitliyin bərqərar edildiyini diqqətə çatdırıb. General-polkovnik R.Usubov bildirib ki, bu siyasət hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurla davam etdirilir, Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsində qurulması üçün ardıcıl, məqsədyönlü addımlar atılır.

Daxili işlər naziri gənc polis əməkdaşlarını təbrik edərək çətin və şərəfli peşələrində uğurlar arzulayıb, onlara daim üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların qanunla qorunan hüquq və mənafelərinin keşiyində möhkəm dayanmalarını, peşəkar həmkarlarının təcrübəsindən bacarıqla yararlanmalarını tövsiyə edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM