23 May 2019 00:59
570
İQTİSADİYYAT
A- A+

Sahibkarlar turizm mövsümünə hazırlaşırlar


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

İqtisadiyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Miqrasiya, Dövlət Sərhəd xidmətlərinin, Dövlət Turizm Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Turizm və xidmət üzrə iş komissiyasının və Azərbaycan Turizm Assosiasiyasının nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə sahibkarların fikirləri dinlənilib, sahənin inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsi, 2-3 ulduzlu otellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA-nın idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakı ilə iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər, digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video