22 May 2019 22:16
1182
Təhsil
A- A+

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır


ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır.

Bu məsələ mayın 22-də Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşündə müzakirə edilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, tərəflər, xüsusilə informasiya texnologiyalarının və tətbiqi elmlərin inkişafı məqsədilə mübadilə proqramlarını nəzərdən keçirəcəklər.

Görüşdə qarşılıqlı maraq doğuran sahə kimi, həmçinin Xəzər hövzəsi üzrə elmi tədqiqatların aparılması müzakirə olunub.

Akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ADA Universitetində olarkən tədris mərkəzi ilə də tanış olub. Qonaqlara universitetin tələbə və müəllim heyəti, burada yaradılan beynəlmiləl mühit və Rusiyanın bir neçə aparıcı universiteti daxil olmaqla, 70-ə yaxın xarici ali təhsil ocağı ilə qurulan elmi əməkdaşlıq barədə məlumat verilib. Akademik Aleksandr Sergeyev qarşıdan gələn "Məzun günü” münasibətilə universitet rəhbərliyini təbrik edib və ADA yetirmələrinə uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video