22 May 2019 22:07
629
İQTİSADİYYAT
A- A+

Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib


Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində enerji forumu keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən forumun əsas müzakirə mövzuları neft-qaz sektorunun inkişafı, həyata keçirilən layihələr, Azərbaycanın Böyük Britaniya ilə enerji sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də ölkəmizdə bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində görülən tədbirlərdən ibarət olub.

Forumda çıxış edən P.Şahbazov Ulu Öndərin müəllifi olduğu "Əsrin müqaviləsi”nin reallaşmasında iki ölkə arasında enerji əməkdaşlığının, birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Nazir deyib: "Birləşmiş Krallıqla enerji sahəsində tərəfdaşlıq münasibətləri Azərbaycanın neft-qaz sektoruna yatırılmış 25 milyard ABŞ dollarından çox investisiyanın sektorun inkişafına töhfələri ilə məhdudlaşmır. Azərbaycanın beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında və şaxələndirmə maraqlarını təmin etməsində məhz enerji sahəsində uğurlu əməkdaşlığın mühüm rolu var”.

P.Şahbazov Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində BP şirkətinin rolunu yüksək qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş məqsədyönlü enerji siyasəti və BP-nin iştirakı ilə qarşılıqlı etimad, birgə faydalı əməkdaşlıq əsasında dünyanın enerji xəritəsini yenidən tərtib edirik.

"Yeni layihələr bu əməkdaşlığın, ən azı əsrin ortalarına qədər davam etdirilməsini təmin edəcək”, - deyə nazir əlavə edib.

Qeyd olunub ki, hazırda iki ölkənin enerji əməkdaşlığı gündəliyində Cənub Qaz Dəhlizi, "Azəri-Çıraq-Günəşli” yataqlarının yeni mərhələdə işlənməsi, "D 230” perspektiv bloku, "Dayazsulu Abşeron” və "Şəfəq-Asiman” kimi layihələrlə yanaşı, bərpaolunan enerji sahəsində birgə fəaliyyət də əsas prioritetlərdəndir. Böyük Britaniyanın bu sahədə təcrübəsinin külək, günəş və kiçik çaylar da daxil olmaqla bərpa edilə bilən enerji mənbələri sektorunun inkişafına töhfə verəcəyi qeyd olunub.

Forumda Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov Azərbaycanda enerji islahatlarına dair, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə neft-qaz sektoru ilə bağlı, BP və "SNC Lavalin-Atkins” şirkətlərinin nümayəndələri bərpaolunan enerji sahəsinin inkişafı üzrə təqdimatlarla çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video