22 May 2019 01:04
1151
İQTİSADİYYAT
A- A+

3 ayda 415,3 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub


Bu, ötən ilin eyni dövründəkindən 16,5 faiz çoxdur


Sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlar ardıcıllıqla davam edir. Bunun sayəsində qeyri-neft məhsullarının istehsalı artır, ixracı stimullaşdırılır, regionların potensialı daha sürətlə üzə çıxır, ölkədə biznes-investisiya mühiti təkmilləşdirilir.

Həmçinin özəl sektorun genişlənib güclənməsi, kiçik və orta sahibkarlığa dövlət dəstəyi, islahatlar nəticəsində yaranan iqtisadi imkanlar milli iqtisadiyyatın inkişafına əlavə təkan verir.

Xüsusilə vurğulamaq lazımdır ki, ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə yanaşı, ölkəmizin ixracdan gələn gəlirlərini də artırır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin dəyəri 7 milyard 979 milyon dollar olub və xarici ticarətdə 1,7 milyard dollardan çox müsbət ticarət saldosu yaranıb.

Bu dövr ərzində qeyri-neft məhsul

larının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz artıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyri-neft sektorunun inkişafının əhəmiyyətini qeyd edərək demişdir: "Bu il iri sənaye müəssisələrinin açılışı olmuşdur. İki böyük zavodun - karbamid və yüksəksıxlıqlı polietilen zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir. Bu zavodlarda yüzlərlə yeni iş yerləri yaradılıb... Bu, həm yeni texnologiyalardır, həm qeyri-neft sektorunun inkişafıdır, ixrac potensialımızın artırılmasıdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan sənaye istehsalı sahəsində böyük işlər görməyə qadirdir. Əlbəttə ki, sənaye istehsalı növbəti illərdə bizim üçün prioritet məsələlərdən biri olacaq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın 2019-cu ilin aprel ayı üçün açıqladığı hesabatda qeyd olunur ki, cari ilin birinci rübündə ixracın dəyəri 4,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz çoxdur. Həmin müddətdə qeyri-neft məhsullarının ixracı isə 415,3 milyon dollarlıq olub. Bu göstərici də ötən ilin müvafiq dövründəkindən 16,5 faiz (59 milyon dollarlıq) artıqdır. Cari ilin birinci rübü ərzində Rusiyaya 115 milyon, Türkiyəyə 99 milyon, Gürcüstana 50 milyon, İsveçrəyə 33,7 milyon, İrana 12,7 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsullar ixrac edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı Rusiyaya 17, Türkiyəyə 2, Gürcüstana 58, İtaliyaya 74 faiz artıb.

Cari ilin birinci rübü ərzində ixrac edilən qeyri-neft məhsullarının siyahısında elektrik enerjisi birinci, qabığı təmizlənməmiş meşə fındığı ikinci və mahlıc üçüncü yerdə olub. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında ixracın məbləği meyvə-tərəvəz üzrə 103,5 milyon, elektrik enerjisi üzrə 38,4 milyon, plastmas və ondan hazırlanan məmulatlar üzrə 48,4 milyon, pambıq lifi üzrə 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatlar üzrə 22,3 milyon, kimya sənayesi məhsulları üzrə 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatlar üzrə 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilər üzrə 7,5 milyon, pambıq ipliyi üzrə 6,4 milyon dollara çatıb. Beləliklə, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifinin ixracı 2,8, plastmas və ondan hazırlanan məmulatların ixracı 50, kimya sənayesi məhsullarının ixracı 42, pambıq ipliyinin ixracı 34, meyvə-tərəvəz ixracı 28 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə artıb.

"İxrac icmalı”nda cari ilin yanvar-mart ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilir ki, 2019-cu ilin yanvar-mart aylarında Azexport.az portalına 178,4 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. Təkcə bu ilin mart ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 32,8 milyon dollardır.

Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya 11,5, Türkiyə 9,9, ABŞ 7, Hindistan 6,6 və Gürcüstan 5,3 faizlə qərarlaşıb. Həmin ay ərzində ən çox ixrac sifarişi pambıq lifi, pambıq yağı, soğan, tütün, şərab, nar şirəsi, çay, qənnadı məhsulları, konservləşdirilmiş tərəvəz, kosmetik vasitə, gül, fındıq, tikinti materialı, mühərrik yağı, dondurulmuş toyuq əti, biyan kökü və s. məhsullar üzrə olub.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video