Alternative content

16:51 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni təlim Azərbaycanın hərbi qüdrətini təsdiqləyir
Yeni təlim Azərbaycanın hərbi qüdrətini təsdiqləyir
ANA SƏHİFƏ / SİYASƏT
01:01 22.05.2019


10 minədək şəxsi heyət, 150 tank və zirehli texnika, 200-dək raket və artilleriya, 35 təyyarə və helikopter...


Ermənistanla aparılan sülh danışıqları hələ ki nəticəsizdir. Bu ölkənin yeni rəhbərliyi ilk vaxtlardan nizamlama prosesinin davamına tərəfdar olduğunu bildirsə də, sanki yaxasını bütün proseslərdən kənara çəkməyə, məsuliyyətdən uzaq olmağa çalışır.

Lakin Yerevanda hər kəs yaxşı anlayır ki, düşdükləri acınacaqlı durumun, illərdir səfalət içərisində yaşamalarının yeganə səbəbi Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır.

Vaxtilə Ermənistana rəhbərlik etmiş terrorçu və cinayətkar rejim aparılan sülh danışıqlarında da öz mahiyyətinə uyğun olaraq qeyri-konstruktiv olub aqressiv mövqe nümayiş etdirirdi. Nəticə etibarilə bunun da ağrı-acısını Ermənistan və onun əhalisi indinin özündə də çəkməkdədir.

Çünki Azərbaycan Ermənistanı işğalçı siyasətinə əvəz olaraq Cənubi Qafqazda tamamilə təcrid vəziyyətinə salıb, onu bütün layihələrdən kənarda saxlayıb. Beləliklə, bu ölkə öz təcavüzkar işğalçı siyasətinin qurbanı olub.

Nikol Paşinyan isə məhz terrorçu hakimiyyətin səhvləri üzərindən hakimiyyətə gəlib. Belə ki, bu səhvlərdən biri S.Sarkisyanın öz xalqını yoxsulluq və səfalət içində saxlaması idi. Bunun da əsas səbəbi, əvvəldə qeyd edildiyi kimi, Azərbaycanın Ermənistanı təcavüzkar siyasətinə görə cəzalandırmasıdır.

Ona görə Ermənistanın hazırkı rəhbərliyi xalqın rifahını və dövlətin inkişafını təmin etmək üçün ilk növbədə sülh danışıqlarında konstruktiv olmalı, təcavüzkar siyasətə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarını çəkməlidir. Düzdür, danışıqlar prosesinə yeni təkan verilib, Ermənistan rəhbərliyinin istəyinin əksinə olaraq format dəyişilməz qalıb. Amma hələ ki aparılan danışıqlarda ümidverici heç nə yoxdur. Azərbaycan tərəfi danışıqlar prosesinə sadiq və substantiv danışıqlara hər zaman hazır olduğunu daim bəyan edir. Rəsmi Bakı münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir. Bu mövqe son olaraq Vyana görüşündə bir daha ifadə olundu.

Aparılan danışıqlarla paralel olaraq Azərbaycan dövləti öz Silahlı Qüvvələrinin daha da gücləndirilməsinə, ən müasir döyüş imkanlarını mənimsəməsinə xüsusi diqqət ayırır. Çünki danışıqlar prosesinə ümid tam kəsilərsə, o zaman Azərbaycan Ordusu öz sözünü deyəcək. Rəsmi Bakı bunu gizlətmir və indiyədək keçirilən bütün hərbi paradlar Azərbaycanda aparılan intensiv ordu quruculuğunu, Silahlı Qüvvələrimizin arsenalının ən modern silah və texnika ilə zənginləşdirildiyini bütün dünyaya nümayiş etdirib. Bu gün dünyanın hərbi sənayesi, inkişaf etmiş dövlətlərin malik olduqları silah və texnikalar Azərbaycanda var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket, zenit-raket və minaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar bu gün Azərbaycanın Ermənistan qarşısında əzici üstünlüyünü tam təmin edir. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanını inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə güclənib.

Respublikamızın özünün də güclü hərbi sənaye kompleksi formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Beləliklə, Azərbaycanda orduya ən müasir silahların cəlb olunması və döyüş qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bununla yanaşı, ordunun döyüş vərdiş və təcrübəsinin artırılması da daim qarşıda duran əsas vəzifələrdəndir. Əvvəldən təsdiq olunmuş plana əsasən il ərzində ordumuzun əməliyyat-taktiki, komanda-qərargah təlimləri keçirilir. Diqqəti çəkən odur ki, son illərdə belə təlimlərin sayı artıb.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 20-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, birlik və birləşmələrin iştirakı ilə növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Mayın 24-dək davam edəcək təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir. Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək. Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.

Silahlı Qüvvələrimizin mütəmadi olaraq keçirilən təlimləri də ordumuzun malik olduğu gücün praktik təsdiqidir. Artıq iki gündür başlayan yeni hərbi təlim də ordumuzun döyüş imkanlarının nümayişi kimi diqqəti cəlb edir. Ən mühümü odur ki, ordumuzun təlimləri hər dəfə Ermənistanda ciddi narahatlıqla qarşılanır. Çünki Yerevanda yaxşı bilirlər ki, yenidən hərbi əməliyyatlar başlayarsa, güclü Azərbaycan Ermənistanı sarsıdıcı məğlubiyyətə uğradacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM