Alternative content

22:27 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni əkin sahələri suya tələbatı artırıb
Yeni əkin sahələri suya tələbatı artırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:55 22.05.2019


Balakən rayonunda aqrar sektorda işin artması, əkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb olunması suvarma suyuna olan tələbata da təsir edib.

Balakən Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladov deyir ki, balansımızda 6822 hektar suvarılan torpaq sahəsi var: "Sahələr əsasən kanallar hesabına suvarılır.

Onların ümumi uzunluğu 203,8 kilometrdir. 39,9 kilometr təsərrüfatlararası, qalanı təsərrüfatdaxili kanallardır. Kanallar mənbəyini əsasən dağ çaylarından - Katex, Balakən, Mazımdan götürür.

Müsahibimizin sözlərinə görə, ötən dövr ərzində suvarma kanallarında 443 min kubmetr təmizləmə işləri aparılıb. Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanalları, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul kəndlərinin ərazilərindəki kanallar tam təmizlənib. Balakənçayda Mahamalar kəndinin sel sularından müdafiəsi üçün qurulmuş daş-beton bəndlərdə əsaslı təmir işləri görülüb.

Qanıx çayının yatağını rayon ərazisinə dəyişməsi prosesinin qarşısının alınması məqsədilə ümumilikdə 2445 paqonometr məsafədə sahilbərkitmə işlərinin görülməsi nəzərdə tutulub. Keçən il 330 paqonometr iş görülüb və həmin işlər cari ildə davam etdirilir.

Ümumiyyətlə, kanallar hər il lildən təmizlənir. Bununla paralel olaraq selə qarşı mübarizə tədbirləri görülür. Rayonun relyefi, dağlıq ərazidə yerləşməsi də təsirsiz qalmır. Çaylarda daşqın təhlükəsi hər zaman var. Kənd sakinlərinin şəxsi təsərrüfatları, pay torpaqları bundan zərər çəkir. Belə halların qarşısını almaq üçün davamlı tədbirlərin görülməsinə ehtiyac yaranır.

Onu da qeyd edək ki, Balakənin 1450 hektar suvarılan torpaq sahəsi Şəki Artezian və Subartezian Quyularının İstismarı İdarəsinin balansındadır. Həmin idarə rayonda 132 quyu istismar edir. Ondan 70-i artezian, 62-si subartezian quyularıdır. Yeni quyular da qazılır. Hazırda belə quyulara Qazma, Şambul, Qaysa, Püştətala, İtitala və digər kəndlərdə ehtiyac çoxdur.

Əkin sahələrinin çoxalması rayonda suvarmaya tələbatı daha da artırıb. Əvvəllər bir və ya iki dəfə suvarılan sahələrin indi 3-4 dəfə, quraqlıq olanda daha çox suvarılmasına ehtiyac yaranır. Həmin tələbatı ödəmək üçün Qabaqçöl kəndində İnterçay üzərində böyük suqəbuledici qurulub və bunun sayəsində 1300 hektar torpağa su veriləcək.

Əli SƏLİMOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM