Alternative content

12:42 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:46 22.05.2019


Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atıb.

Bu fikir mayın 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfransda səsləndirilib.

Tədbirdə dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.

Regional konfransda ölkəmizdə dini sahəyə göstərilən diqqət və qayğıdan bəhs olunub, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyi, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığı diqqətə çatdırılıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Dövlət komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atır. Komitə sədri vurğulayıb ki, dövlətin dini icmalara göstərdiyi qayğı gündən-günə artmaqdadır. Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır.

Milli Məclisin deputatı Qənirə Paşayeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində həyata keçirdiyi tədbirlərin önəminə toxunub. İslam dininin olduğu kimi, sağlam əsaslarla gənclərə təbliğ edilməsinin vacibliyini vurğulayan deputat bunun əksinin cəmiyyətdə bir çox fəsadlara səbəb olduğunu deyib. O qeyd edib ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm, məzhəb ayrı-seçkiliyi və xurafatdan qaynaqlanır. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərimizə yad olan ideologiyaların təbliğinin yolverilməz olduğunu dilə gətirən Q.Paşayeva cəmiyyətin düzgün dini biliklərlə məlumatlandırılmasının dini radikal qrupların təsirindən qorumaq baxımından olduqca əhəmiyyətli olduğunu bildirib. Deputat, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizin nümunəvi tolerantlıq modeli nümayiş etdirdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, müzakirələrlə yekunlaşan konfrans işini mayın 22-də "Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM