22 May 2019 00:41
701
İQTİSADİYYAT
A- A+

Kümçülər iş başındadır


Bu il Ağdaşda 25 ton barama tədarükü proqnozlaşdırılır


Əvvəlki illərdə olduğu kimi, bu il də Ağdaşda rayon üçün ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində real addımlar atılır. Qeyd edək ki, Ağdaş hələ qədim zamanlardan kümçülüklə məşğul olan bölgələrdəndir. Ötən əsrin 80-ci illərində rayon kümçüləri qəbul məntəqələrinə təxminən 200 ton barama təhvil vermişlər. Əvəzində qazancları da yaxşı olub. Bu hesaba ev tikiblər, oğul evləndiriblər.

Lakin dövlət müstəqilliyimizin bərpasının ilk illərində aqrar sektorun bir sıra sahələri kimi, baramaçılıq da unuduldu. İnsanların bu sahəyə marağı azaldı.

Atalar "su gələn arxa bir də gələr” deyiblər. Prezident İlham Əliyevin tövsiyəsi və tapşırığından sonra 2016-cı ildən başlayaraq Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələri, o cümlədən baramaçılıq dirçəlməyə başlayıb. Təkcə Ağdaşda 2016-cı ildə 2 ton 35 kiloqram, 2017-ci ildə 6 ton, keçən il 11 ton 500 kiloqram barama istehsal edilib.

Cari ildə rayonda 25 ton həcmində barama tədarük edilməsi hədəf kimi qarşıya qoyulub. Bu məqsədlə 625 qutu ipəkqurdu toxumu götürülüb. Onlara xidmət edilməsi üçün 310 nəfər kümçü seçilib. Ümumilikdə isə prosesdə təxminən 1200 sakinin iştirakı gözlənilir. Yəni əgər bir ailə orta hesabla 100 qram ipəkqurdu götürübsə, bu işə orta hesabla 3-4 nəfər cəlb olunur.

İpəkqurdunun yeganə yem mənbəyi olan tut yarpaqları ilə təminatında da ciddi problem yoxdur. Əvvəlki illərdən qalan gər ağacları yaxşı yarpaq verir. Bundan əlavə, son 3 il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi və Çin Xalq Respublikasından gətirilən tut tingləri də var. Ümumilikdə indiyədək rayonda 25 hektar sahədə tut tingi əkilib.

Şordəhnə kəndində yeni məktəb tikildiyi üçün köhnə məktəb binasından kümxana kimi istifadə olunur. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Paşayev dedi ki, baramaçılıq bu kənd üçün ənənəvi sahələrdəndir. Sovetlər dönəmində kəndin kümçüləri yaxşı nəticələr qazanıblar. Hətta hər qram ipəkqurdu üçün 3 kiloqram barama verilən zamanlar olub. Şordəhnəlilər bu il üçün 100 qram ipəkqurdu götürüblər. Hələlik bu işlə 3 nəfər məşğul olur. Amma günəmuzd işçilər də var. Lazım gəlsə, əlavə işçi qüvvəsinin cəlb edilməsi də mümkündür.

Kənddə yem bazası da yaradılır. 5 hektar ərazidə 9 min ting əkilib. Tinglər hamısı normal inkişaf edir. Yeni tinglər məhsula düşəndən sonra kəndin kümçüləri daha çox ipəkqurdu bəsləyəcəklər.

Ə.SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video