Alternative content

22:28 24 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Belə mebelləri almaq üçün növbəyə durub illərlə gözləyərdik
Belə mebelləri almaq üçün növbəyə durub illərlə gözləyərdik
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 22.05.2019


"Saloğlu” mebel fabriki istehsal sahəsini genişləndirir


İlin sonunadək Ağstafada istifadəyə veriləcək "Venzana” mebel fabrikində daha 2500 iş yeri açılacaq


Qeyri-neft sektorunun inkişafına göstərilən dövlət dəstəyi, diqqət və qayğı sayəsində bölgələrdə yeni-yeni sənaye, emal müəssisələri yaradılır, daimi iş yerlərinin sayı artır. Müasir avadanlıqlarla təchiz edilmiş belə müəssisələrin yaradılması təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsinə də müsbət təsir göstərir.

Son illər bu istiqamətdə Ağstafa rayonunda da bir çox layihələr həyata keçirilmişdir. Onlardan biri "Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış "Modern” mebel fabrikidir. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən fabrikdə ağac lövhələrin və laminatların kəsilməsi, quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sexləri fəaliyyət göstərir. Sexlərin hamısı Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilmişdir.

Müasir mebel istehsalçıları sırasında özünəməxsus yeri olan "Saloğlu” mebel fabriki qərb bölgəsində ən böyük mebel istehsalçılarından biri olmaqla bərabər, istehsal sahəsində yeni avadanlıqların və texnoloji xətlərin quraşdırılması sahəsində də seçilir. Bu istehsal sahəsinin yaradılması sayəsində fabrikdə 200 yeni iş yeri açılmışdır. Məhsulları Rusiya, Almaniya, Qazaxıstan və Gürcüstana da ixrac edilir. İxrac siyahısı bununla bitmir. Hazırda İraq, Pakistan və İtaliya şirkətləri ilə danışıqlar aparılır.

İstehsal sahələrini genişləndirmək hesabına 2500 yeni iş yeri açmaqdan ötrü müəssisənin yaxınlığında "Venzana” mebel fabrikinin təməli qoyulmuşdur. Layihə dəyəri 25 milyon manatdır. Məhsullarını daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçrəyə ixrac etmək nəzərdə tutulmuşdur. Burada ildə orta hesabla 31 min ədəd qonaq, yataq və yumşaq mebellər istehsal olunacaqdır. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası da planlaşdırılmışdır. Ərazidə mebel mərkəzi ilə yanaşı, "Yaşıl bazar” satış kompleksi və mehmanxana da tikiləcəkdir.

Müəssisənin sexlərində səliqə-sahman hökm sürür. Görülən işin keyfiyyətinə ciddi nəzarət edilir. Ustaların hamısı yüksəkixtisaslıdır. Onlar fabrikin tikildiyi müddətdə Almaniyada və Türkiyədə 6 aylıq kurs keçiblər. Bu peşəni sevərək öyrəndiklərindən indiyədək əllərindən zay məhsul çıxmayıb. Burada işçilərə gündə bir dəfə pulsuz yemək verilir və onları işə fabrikin avtobusu gətirib aparır.

Fabrikdə istehsal olunan bərk və yumşaq mebellərin materialları Rusiya, Türkiyə, Almaniya və İtaliyadan alınır. Bəzi hallarda yerli materiallardan da istifadə edilir. Alınan materiallar nəzarətdən keçirildikdən sonra qəbul edilir ki, bu da mebellərin hazırlanmasında çətinlik yaratmır.

Müəssisədə onu da öyrəndik ki, fabrikə mebel istehsalında böyük təcrübəyə malik avropalı ekspertlər dəvət olunur, onların istehsal edilən məhsullar haqqında rəyi öyrənilir və lazımi məsləhətlər alınır.

Odur ki, müəssisənin hazır məhsulları və satış salonlarındakı mebellər göz oxşayır. Onların keyfiyyətinə də söz ola bilməz. Hələlik bütün mebellər xarici dizaynerlərin təqdim etdikləri layihələrlə hazırlanır. Halbuki vaxt var idi ki, belə mebelləri almaq üçün növbəyə dayanıb illərlə gözləyər, alanda da çox baha qiymətə alardıq.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM